Icma.az
close
up
RU
“Bir qapımız digərindən 11 sm hündür imiş” Ayxan Abbasov

“Bir qapımız digərindən 11 sm hündür imiş” Ayxan Abbasov

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bir qapımız digərindən 11 sm hündür imiş” - Ayxan Abbasov

"Şamaxı" Misli Premyer Liqasının 21-ci turu çərçivəsində "İmişli" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb.

QOL.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

Mütəxəssis rəqibin müqavimətini qırmağın asan olmadığını və komandaların bərabər səviyyəli mübarizə apardığını bildirib:

"Çətin oyun olacağını əvvəlcədən bilirdik, futbolçularımız meydanda çox əziyyət çəkdilər. Oyunun gedişatına nəzər salsaq, hər iki komandanın bir xala layiq olduğunu görərik. Təhlükəli epizodlar, əsasən, standart vəziyyətlərdən yarandı".

A.Abbasov müdafiə xəttindəki müsbət dəyişikliklərə və komandanın son oyunlardakı performansına da toxunub:

"Sevindirici haldır ki, artıq iki oyundur qapımızda qol görmürük. Cari mövsümdə bizim üçün ən vacib amillərdən biri məhz bu idi, oyunumuzu bu yöndə inkişaf etdirmək istəyirdik. Əvvəlki matçlarda çox vaxt sadə səhvlərdən qollar buraxırdıq. İndi isə müdafiədə daha etibarlı təsir bağışlayırıq və bu tendensiyanı davam etdirməyə çalışacağıq".

Mütəxəssis komandanın qarşıdakı hədəflərindən və futbolçuların fərdi inkişafından da söz açıb:

"İlin əvvəlində futbolçularıma tapşırmışdım ki, hər kəs öz karyerasını göz önünə gətirsin və pik nöqtəyə çatmağa çalışsın. Məsələn, kimsə ötən mövsüm 7 qol vurubsa, bu il həmin sayı 9-a çatdırsın və ya oyun sayını artırsın. Hazırda bəzi oyunçularımız karyeralarının ən yaxşı dövrünü keçirirlər".

Təcrübəli məşqçi Azərbaycan kubokundakı iddialarını gizlətməyib:

"Kubokda iddialıyıq, konkret hədəflərimiz var və mübarizəni sona qədər davam etdirmək istəyirik. Rəqibimiz güclüdür, bizi çətin sınaq gözləyir. Lakin ilk oyundakı nəticə bizə şans verir ki, sona qədər döyüşək. Futbolçularımda lazımi hədəf və idman hirsini görürəm. Kubokun cari mövsümündə ilk "altılıq"da yer almayan komandalar da iddialıdır. İstər "Qəbələ"nin, istərsə də bizim irəliləmək şansımız var. Çox istərdim ki, beşlikdə olmayan komandalar kubokda daha irəliyə getsinlər, bu, turniri daha maraqlı edərdi".

Baş məşqçi son zamanlar ölkə futbolunda müzakirə olunan hakimlik və infrastruktur məsələlərinə isə özünəməxsus şəkildə toxunub:

"Məncə, son oyunlarda baş verənlərdən sonra hakimlik haqqında nə isə danışmaq yersizdir. Hər şey deyilib, mən buna əlavə nə edə bilərəm ki? Sadəcə, sevindirici haldır ki, bir problemi də biz həll etdik. Sən demə, futbol qapılarından biri digərindən 11 sm hündür imiş. Bu gün futbolumuza xeyrimiz dəydi və nəhayət, qapılar standart ölçülərə gətirildi".

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://qol.az
archiveBu xəbər 22 Fevral 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri