Bir qəpik də ödəmədən 1170 sot torpaq aldı
Icma.az bildirir, Milli.az portalına istinadən.
İsveçrədə 24 yaşlı şəxs qanunvericilikdəki boşluqdan istifadə edərək özünü "kral" elan edib və böyük bir ərazini heç bir ödəniş etmədən öz adına keçirib.
Milli.Az Bakupost.az-a istinadla xəbər verir ki, Jonas Lauviner adlı şəxs mülkiyyət sistemində "sahibsiz" kimi qeyd olunan torpaqları araşdıraraq ümumilikdə 117 min kvadratmetrlik ərazini əldə edib. Qanuna əsasən, belə torpaqlar üçün sadəcə rəsmi müraciət kifayət edir.
Onun nəzarətinə keçən ərazilər arasında yaşayış zonalarında istifadə olunan yollar da var. Bu isə yerli sakinlər və bələdiyyələr üçün ciddi problemlər yaradıb. Bildirilir ki, Lauviner həmin yolları istifadə edənlərdən "xidmət haqqı" tələb etməyə başlayıb.
Özünü "kral" kimi təqdim edən şəxs bu prosesi "qan tökmədən aparılan əməliyyat" adlandırıb. O, həmçinin ərazilər üzərində əlavə tikinti və keçid hüquqları üçün də ödəniş tələb edir.
Hadisə ölkədə böyük narazılığa səbəb olub. Yerli rəsmilər bu addımı qanunların sui-istifadəsi kimi qiymətləndirir və oxşar halların qarşısını almaq üçün yeni qaydalar hazırlanır.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 01 May 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















