Bir qəpiyə satılan yumurtalar SAXTA olub? RƏSMİ AÇIQLAMA
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Azərbaycanda yumurta qiymətlərinin kəskin düşməsi ilə bağlı bir sıra KİV-də, həmçinin sosial şəbəkələrdə satışa çıxarılan yumurtalarla bağlı əsassız iddialar yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, bu sıraya yumurtaların köhnə, yaxud süni olmasına dair iddialar da aiddir:
"Ölkəmizə xaricdən ərzaqlıq yumurta idxal olunmur".
Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, Azərbaycan istehsalçıları yumurtaya olan daxili tələbatı artıqlaması ilə təmin edirlər:
"Ölkəmizdə yumurta istehsalı tələbatdan yüksək olduğuna görə son günlər qiymət düşməsini müşahidə edirik. Bu halda, xaricdən, özü də süni yumurtanın idxalı absurddur. O hansı ölkədir ki, süni yumurta istehsal edib sıfır qiymətə Azərbaycana satır? Sıfır qiymət ona görə deyirəm ki, idxal edilib pərakəndə satışa 1-3 qəpiyə çıxarılan yumurtanı pulsuz almalısan ki, satışa 1 və ya 3 qəpiyə çıxarasan. Azərbaycanın özündə isə süni yumurta istehsalı texnologiyası mövcud deyil.
Hesab edirik ki, belə iddialar məqsədyönlü şəkildə, sırf yerli quşçuluq təsərrüfatlarının işgüzar nüfuzuna zərbə vurmaq məqsədilə cəmiyyətə ötürülür. Təəssüf ki, bəzi KİV, saytlar da onu yayımlayır".
M.Həsənli bir daha vurğulayıb ki, Azərbaycanda təbii yumurta istehsalı kifayət qədərdir, süni, yaxud xaricdən idxal olunacaq yumurtalara ehtiyac yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 22 İyun 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















