Bir qrup şəxs xaricdə işlə təmin olunacaqları adı ilə aldadıldı VİDEO
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xaricdə iş ümidi ilə müraciət edən şəxslər indi həm vaxt itirdiklərini, həm də ödədikləri pulu geri ala bilmədiklərini iddia edirlər.
Bizim.Media xəbər verir ki, şikayətçilərin sözlərinə görə, onlar sosial şəbəkələrdə xaricdə iş imkanı ilə bağlı paylaşımlardan sonra "Dünya Viza Dəstəyi" adlı şirkətə müraciət ediblər.
Onlar bildirirlər ki, şirkətin rəhbəri kimi təqdim olunan Ruslan Hüseynovla müqavilə bağlayıblar və Almaniya, İngiltərə, İsrail, Polşa kimi ölkələrdə işə düzələcəkləri vəd edilib.
Onların iddiasına görə, bu xidmət qarşılığında hər şəxsdən təxminən 2 min manatdan 4 min manatadək məbləğ alınıb. Onlara 2-3 ay ərzində xaricə göndəriləcəkləri bildirilsə də, proses aylarla uzanıb.
Şikayətçilər bildirirlər ki, bir müddət sonra "Dünya Viza Dəstəyi"nin fəaliyyəti dayandırılıb.
Onların sözlərinə görə, bundan sonra Ruslan Hüseynov onları qardaşı Samir Hüseynova yönləndirib. Müsahiblərimiz iddia edirlər ki, "SM Travel" şirkətinin rəhbəri kimi təqdim olunan Samir Hüseynov yarımçıq qalan prosesin davam etdiriləcəyini və xaricə işə göndərilmələrinin təmin olunacağını bildirib. Lakin bu vəd də yerinə yetirilməyib. Onlar hazırda ödədikləri məbləğin geri qaytarılmasını tələb edirlər.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Ruslan Hüseynovla telefon əlaqəsi saxlamaq cəhdlərimiz nəticəsiz qaldı, zənglərimizə cavab verilmədi. Daha sonra Samir Hüseynovun rəhbəri olduğu bildirilən "SM Travel" şirkətinə üz tutduq. Şirkətdə şifahi olaraq bildirildi ki, Samir Hüseynov hazırda işdə deyil.
Onunla telefon əlaqəsi yaratdıq. O bildirdi ki, həmin şəxslərin xaricə göndərilməməsinin əsas səbəblərindən biri İran-İsrail müharibəsidir.
Həmin müharibə səbəbindən viza məsələlərində problem yaranıb. Samir Hüseynov onu da qeyd etdi ki, həmin şəxslərdən bəziləri İsraildə işlə təmin edilməsi üçün addımlar atılacaq. İşlə təmin edilə bilməyənlərin isə müqavilə əsasında ödənişləri geri qaytarılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 24 May 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















