Icma.az
close
up
RU
Bir şagirdin məktəb xərci neçə manata başa gəlir?

Bir şagirdin məktəb xərci neçə manata başa gəlir?

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Dərsə gedən bir uşaq... Əlində yeni çanta, gözündə işıq, üzündə həyəcan. O, məktəb yolunda “15 sentyabr sevinci” ilə addımlayır. Amma o işığın arxasında bir reallıq var. Valideynin cibinə girən “sentyabr xərcləri”. Hər il eyni sual ortaya çıxır. Bir şagirdin məktəb xərci neçə manata başa gəlir?

Formadan başlayan sərgüzəşt

Hər şey məktəbli formasından başlayır. Rəsmən “forma” adlanır, amma qiymətinə görə çox rahatlıqla “dəbdəbəli geyim” siyahısına düşə bilər. Bir də düşün ki, ailədə iki-üç övlad var. Birinə 100 manatlıq forma al, digərinə də... O zaman məktəb qapısına deyil, bankın kredit şöbəsinə gedirsən.

İdman geyimi də başqa yükdür. Məktəbin idman zalında çox zaman top belə olmasa da, geyim məcburidir. 60–100 manat arası idman geyimi və ayaqqabı demək olar ki, “məcburi abunə haqqıdır”.

Çanta və içindəkilər

Sonra gəlir çanta məsələsi. Əvvəllər sadə, möhkəm bir çanta illərlə işləyirdi. İndi isə “trend” modellər, rəngli və brendli çantalar uşaqların gözünü tutur. Qiymətləri də 30–80 manat arasında dəyişir. Ən pisi isə odur ki, bu çantaların içini doldurmaq üçün ikinci bir büdcə lazımdır: dəftərlər, karandaşlar, qələmlər, yapışqan, xətkeş... Ən sadə ləvazimatların belə hesabı 50–70 manat edir.

Bir dəftər, bir qələm... Bəzən valideynlər elə düşünürlər ki, övladları yazıb-pozmaq yox, gələcəkdə dəftər toplayıcısı olacaqlar. Çünki hər il evdə onlarla yarımçıq dəftər qala-qala yeniləri alınır.

Gündəlik xərclər

Ən böyük yük isə məktəb yolunda başlayır. Uşağın cibinə hər gün azı 1–2 manat qoymaq lazımdır. Çörək arası üçün, su üçün, bəzən də “məktəbdə utanmasın” deyə bir az artıq. Bu, ay ərzində 30–50 manat, ildə isə 300–500 manat edir.

Bir də nəzərə alaq ki, bəzi məktəblərdə valideynlərdən müxtəlif bəhanələrlə əlavə ödənişlər də tələb olunur: “sinif fondu”, “təmir pulu”, “bayram tədbiri” və sair. Bunlar da üst-üstə gəldikcə, uşaq oxumaqdan çox, valideynin əsəbləri “imtahan” verir.

Hazırlıq xərcləri

Məsələnin ən ağır tərəfi hazırlıq kurslarıdır. İndi tədris yalnız məktəblə bitmir. Demək olar ki, hər sinifdən uşaqlar repetitor yanına gedirlər. Qiymətlər isə əl yandırır: ayda 100–300 manat. İldə bu xərclər 1000–3000 manat arasında dəyişə bilir.

İlkin və illik hesab

Sadə hesabla bir şagirdin məktəbə hazırlanması ailəyə 200–500 manat arası başa gəlir. Amma ilin sonuna qədər bu rəqəm gündəlik xərclər, əlavə dərslər və digər ehtiyaclarla birlikdə min manatı çox rahat keçir. İki övlad oxuyursa, xərci ikiyə vur. Üç övlad varsa... Valideynlər yaxşı bilir, biz yazmayaq.

“Bir şagirdin məktəb xərci neçə manata başa gəlir?” sualının isə dəqiq rəqəmi yoxdur, çünki hər ailənin büdcəsi, hər uşağın tələbi fərqlidir. Amma bir reallıq dəyişmir. Məktəb uşağın beyinlərini, ailənin isə ciblərini “yetişdirir”.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 Sentyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri