Bir saniyəlik diqqətsizlik böyük maddi itkiyə səbəb oldu
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Abşeron rayonu, Xırdalan şəhər sakini Ülviyyə Məmmədova səhvən başqasının hesabına köçürdüyü pulu geri ala bilmir.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, o, 1000 manat məbləğində vəsaiti yanlış kart hesabına göndərib.
Ülviyyə Məmmədovanın sözlərinə görə, 18 dekabr tarixində marketlərin birində ödəniş sistemi vasitəsilə tanışına 1000 manat köçürmək istəyib. Lakin diqqətsizlik səbəbindən vəsait başqa bank kartına göndərilib.
Sistem üzrə aparılan əməliyyat zamanı pulun göndərildiyi şəxsin adı Pərvanə Yaqublu kimi qeyd olunub. Buna baxmayaraq, zərərçəkən tərəf həmin şəxslə əlaqə yarada bilmədiyini bildirib. Onun sözlərinə görə, nə həmin şəxsi tapmaq mümkün olur, nə də bank kart sahibinin məlumatlarını təqdim edir.
Ülviyyə Məmmədova bildirib ki, hazırda borclu olduğu şəxs hər gün pulu tələb edir və bu vəziyyət onu əlavə çətinliklərlə üz-üzə qoyur. O deyib ki, məsələ ilə bağlı aidiyyəti bank qurumuna və Abşeron Rayon Polis İdarəsinə rəsmi müraciət ünvanlanıb. Hazırda hadisə ilə bağlı araşdırmanın aparılması gözlənilir.
Hüquqşünas Şamil Paşayev deyir ki, bu kimi hallarda vətəndaşlar son dərəcə diqqətli olmalıdırlar. Səhv göndərilən vəsaitin geri qaytarılması mümkündür, lakin bu, hüquqi baxımdan çətin prosesdir.
Onun sözlərinə görə, belə hallarla üzləşən vətəndaşlar ilk növbədə bank vasitəsilə pulun köçürüldüyü kart sahibinə, problem həll olunmadığı təqdirdə isə məhkəməyə müraciət etməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Baxış sayı:106
Bu xəbər 21 Dekabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















