Icma.az
close
up
RU
Bir şəhidin çəkməsini oğurlamaq nə deməkdir?

Bir şəhidin çəkməsini oğurlamaq nə deməkdir?

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Alnımızdan 30 illik qara ləkəni silən şəhidlərimizin ruhuna edilən bu hörmətsizliklə, yenidən bir cəmiyyətin mənəviyyatına atılan qara ləkə ilə üz-üzəyik.

Bakıda Vətən Müharibəsi şəhidlərinin məzarı qarət edilib. Bu xəbəri açıb oxumaq belə insana əzab verir. Hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında baş verib. Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, oğurluğu səhər saatlarında öyrənib.

Onu götürən əlin sahibi kimdir? Necə bir vicdan, necə bir ruh boşluğu lazımdır ki, şəhid məzarını qarət edəsən?..

Şəhidin dəyəri pulla ölçülməyən, yalnız xatirə olaraq qorunan döyüş dəbilqəsi və çəkmələri, həmin iki müqəddəs əmanət oğurlanıb.

Bir daha düşünün: Bir şəhidin çəkməsini oğurlamaq nə deməkdir? O çəkmələr hansı yolu keçib? Hara basıb? Hansı torpağı azad edib? O dəbilqə hansı güllələrdən qoruyub? Bu əşyalar təkcə metal və dəridən ibarət deyil! Bir ömrün, bir savaşın, bir fədakarlığın izidir!

Bəzən bir xalqın ləyaqəti onun ən müqəddəs yerlərinə şəhid məzarlarına göstərdiyi münasibətdə görünür. Biz illərlə torpaq itirdik, qayıtdıq, məzarlarımızı dağıdılmış, qəbirlərimizi talan olunmuş gördük. Ermənilərin işğal illərində qəbiristanlıqları necə viran qoyduğunu, meyitlərin qızıl dişlərinə qədər çıxardığını, qəbir daşlarını söküb apardığını unutmamışıq. Bu yalnız bir vandallıq deyildi, bir millətin yaddaşına, ruhuna, izlərinə edilən hücum idi.

Amma bu gün sanki həmin hücumun, həmin barbarlığın kölgəsini öz içimizdə görməyə başlamışıq. Bu, bir xalq üçün ən ağır zərbədir…

Biz illərdir ermənilərin dağıtdığı məzarlarımızı göstərib dünyaya deyirdik ki, bizə göstərilən zülm budur. İndi isə ən acısı budur ki, eyni əməli öz torpağımızda, öz soydaşımızın əlindən görürük. Bəli, bəzən düşməni uzaqda axtarırıq, amma ən təhlükəli düşmən içimizdə gizlənən insafsızlıq, vicdansızlıq, mənəviyyatsızlıqdır. İçimizdəki “erməni”lər millətin qan yaddaşına, şəhidinin ruhuna toxunmaqdan belə çəkinmir.

Belə hadisələr bizə bir daha öyrədir ki, dirilərimizlə birgə ölülərimizdən də muğayat olmalıyıq. Biz dirilərimizi necə qoruyuruqsa, ölülərimizi də elə, bəlkə ondan da artıq qorumağa borcluyuq.

Unutmayaq ki, ölüsünə sahib çıxmayan bir xalq dirisini də qorumaq gücünü itirir.

Bu gün hamımız özümüzə bir sual verməliyik: Biz kimik? Qanıyla torpağı müqəddəsləşdirən qəhrəmanların? Yoxsa həmin qəhrəmanların məzarını talayan məlunlarınmı?!

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri