Bir sıra qadağalar tətbiq ediləcək KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Daxili qoşunların hərbi qulluqçularına xüsusi vasitələrin tətbiqi ilə əlaqədar bir sıra qadağalar tətbiq ediləcək.
KONKRET.az xəbər verir ki, bununla bağlı yeni hazırlanan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyası üzrə bu gün keçirilən ilk iclasında müzakirə olunub.
Qanun layihəsinə görə, xüsusi təyinatlı gözyaşardıcı qaz qumbaraları (patronları) ilə şəxsə sərrast atəş açmaq, suvuran maşınları havanın hərarəti mənfi olduqda tətbiq etmək qadağan ediləcək.
Daxili qoşunlara sərnişindaşıyan (sərnişin daşındıqda) və xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının avtonəqliyyat vasitələrinə, habelə motosikletləri və mopedləri dayandırmaq, habelə onları məhdud görünmə şəraitində, dağ yollarında, dəmiryol keçidlərində, yol ayrıcılarında, tunellərdə, körpü və estakadalarda məcburi dayandırma vasitələrini tətbiq etmək qadağan olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 Sentyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















