Bir sıra qanunlarda “xüsusi icazə” ifadəsi dəyişdirilir
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Gömrük Məcəlləsində və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə qəbul edilib.
SİA xəbər verir ki, qanun layihəsini parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
Dəyişikliklər “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” qanunları da əhatə edir.
Təqdim olunan layihənin ayrı-ayrı müddəalarında qanunvericilik mətnlərindən “xüsusi” sözünün çıxarılması və “xüsusi icazə” ifadəsinin “icazə” sözü ilə əvəz edilməsi nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 13 Oktyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















