Icma.az
close
up
RU
Bir sıra resurslar şou və populizm xarakterli təbliğatla məşğul olurlar Hikmət Hacıyev

Bir sıra resurslar şou və populizm xarakterli təbliğatla məşğul olurlar Hikmət Hacıyev

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"COP29 tədbirində Azərbaycandan yüzlərlə jurnalist iştirak edir. Eyni zamanda, Azərbaycan Respublikasında qeyri-qanuni fəaliyyət göstərməyinizə baxmayaraq, "Azadlıq Radiosu"nun jurnalisti olaraq, siz də iştirak edirsiniz. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasında qanunun aliliyi, o cümlədən də media azadlığı tam şəkildə təmin olunub".

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Azadlıq Radiosu"nun jurnalistinin sualını cavablandırarkən deyib.

"Əgər siz kiminsə həbsi ilə bağlı danışırsınızsa, gəlin qanunun aliliyindən danışaq. Adları çəkilən şəxslərin jurnalist fəaliyyəti ilə bağlı təqib halları baş verməyib. Burada qeyri-jurnalist fəaliyyəti ilə bağlı proseslərdən söhbət gedir. Kiminsə jurnalist olması qanunun aliliyinin pozulması anlamına gəlmir. Jurnalist olmaq qanundan üstün olmaq və yaxud da qanundankənar imtiyazlara sahib olmaq demək deyil. Sizin qeyd etdiyiniz şəxslərlə bağlı konkret rəqəmləri də qeyd edə bilərəm. Burada böyük məbləğdə qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir. Qanunsuz maliyyə dövriyyəsi Azərbaycan Respublikasının bir neçə fundamental əsaslı epizodlar üzrə qanunlarının pozulmasıdır. Özlərini media orqanı adlandıran təsisatlar belə qanunsuz maliyyə prosesində, maliyyə fırıldaqçılığında iştirak edərək Azərbaycan qanunlarının pozulmasını dərk etmirlər", - deyə H.Hacıyev əlavə edib.

O vurğulayıb ki, "Azadlıq Radiosu" da başda olmaqla, özünü media təsisatı kimi təqdim edən bir sıra resurslar şou və populizm xarakterli təbliğatla məşğul olurlar:

"Ona görə də mən tövsiyə edərdim ki, peşəkar jurnalist roluna iddia edirsinizsə, gəlin iqlim maliyyələşməsi üzrə mövzular üzrə fundamental və əsaslı mövzulardan danışaq. Azərbaycan Respublikasının vətəndaşı olaraq, ölkənin nailiyyətlərinə sevinməyi bacarmaq da bir yaxşı xüsusiyyətdir".

Daha ətraflı Baku TV-nin süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Noyabr 2024 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see198

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see168

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see166

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see166

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see130

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see128

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

22 Oktyabr 2025 17:56see127

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see122

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri