Icma.az
close
up
RU
Bir sıra uşaq bağçaları üçün inkişaf planı hazırlanır

Bir sıra uşaq bağçaları üçün inkişaf planı hazırlanır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 fevral, AZƏRTAC

“Uşaq bağçalarının direktorları üçün mentorluq” layihəsi çərçivəsində inkişaf planının hazırlanmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə yeni direktor təyin olunan 3 dövlət məktəbəqədər təhsil müəssisəsi seçilib və onların direktorlarına mentorluq xidmətinin göstərilməsinə start verilib. Layihəyə Bakı şəhərində fəaliyyət göstərən 325 nömrəli uşaq bağçasının direktoru Hafizə Məcidova, 158 nömrəli körpələr evi-uşaq bağçasının direktoru Süriyyə Nuriyeva, 161 nömrəli uşaq bağçasının direktoru Nərgiz Zeynalova cəlb olunub.

Mentorluq çərçivəsində həmin direktorlar ilə onların rəhbərlik etdiyi bağçalar üçün inkişaf planının hazılanmasına start verilib. Bu məqsədlə bağça direktorları ilə görüş keçirilib. Məktəbəqədər təhsil üzrə beynəlxalq mütəxəssis Sənəm Əliyevanın mentorluğu ilə keçirilən görüşdə beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf planını nümunəsi təqdim olunub, İnkişaf planının hazırlanması üçün zəruri olan məsələlər geniş müzakirə edilib. Beləliklə, hər 3 bağça üçün inkişaf planının hazırlanmasına başlanılıb. Prosesdə direktorlara dəstək olmaq məqsədilə mütəmadi müzakirələr aparılır, onların sualları cavablandırılır. İnkişaf planının mart ayında tam hazırlanıb yekunlaşması planlaşdırılır.

İnkişaf planını səmərəli hazırlamaq, bağçalardakı öyrənmə mühitini dəyərləndirmək və inkişaf etdirmək məqsədilə valideynlər və müəllimlərlə sorğuların da keçirilməsinə başlanılıb. Bunun üçün həm valideynlər, həm də müəllimlər üçün sorğu anketi hazırlanıb. Sorğulara layihədə iştirak edən bağçaların valideyn və müəllim heyətləri cəlb olunub. Bu sorğunun nəticələri təhlil ediləcək və inkişaf planında nəzərə alınacaq.

Məlumat üçün bildirək ki, layihə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə keçirilir.

Əsas məqsəd məktəbəqədər təhsildə beynəlxalq təcrübəyə əsaslanaraq dövlət məktəbəqədər təhsil müəssisələrinin direktorlarının bilik və bacarıqlarını artırmaq, onların pedaqoji idarəçilik səriştələrinin inkişafına dəstək olmaqdır.

Layihə “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivəsində müəyyənləşdirilən məktəbəqədər təhsildə pedaqoji heyətin peşəkarlığının artırılmasını əsas hədəf götürür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri