“Bir söhbət çıxmışdı, deyirdilər, qız yekəxanadır” Yeni Sabah
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müğənni Damla ilk dəfə TV-yə tək çıxmasının səbəbini açıqlayıb.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Günə bax” verilişində danışıb.
İfaçı bildirib: “Mövzu mənəmsə, mütləq danışacaqlar. Hollivuddan gələn stilist də məni geyindirsə, yenə müzakirə olunacaq. Onda da deyələr: "O, səni geyindirdi guya, nə oldu ki?!"
Həmişə efirlərdə tək görünmək istəyirəm, heç kəslə "salam-sağ ol"dan başqa əlaqəm, dostluğum yoxdur. 8 aya yaxındır ki, efirlərdə yoxam. Sənətə yeni gəldiyim dövrlərdə dəvət alırdım. Verilişə gedirdim, deyirdilər ki, filan müğənni ilə siz olacaqsınız. Gedirdim, o müğənni deyirdi ki, "onunla efirə çıxmıram", o biri də deyirdi, "o olan yerdə mən yoxam".
Gedirdilər, tək qalırdım. Bütün efiri mənimlə bərabər aparıcı idarə edirdi. Növbəti həftə digər efirdə də bu hadisə yaşanırdı. İnsanların arasında belə bir söhbət yayılmışdı ki, qız yekəxanadır".
Baxış sayı:118
Bu xəbər 15 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















