Icma.az
close
up
RU
Bir uşağın xəstəxanaya aparılması böyük cinayətin üstünü açdı

Bir uşağın xəstəxanaya aparılması böyük cinayətin üstünü açdı

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

ABŞ-da baş verən və beynəlxalq ictimaiyyətin diqqətini çəkən hadisə, may ayında başlanan dramatik bir proseslə üzə çıxıb. 

Qaynarinfo xəbər verir ki, Los-Ancelesdə xəstəxanaya gətirilən kəllədaxili qanaması olan körpə, polis və FTB-nin diqqətini çəkən genişmiqyaslı araşdırmanın başlanğıcı olub.

Mayın əvvəlində Arcadia şəhərindəki 9 otaqlı dəbdəbəli malikanəyə edilən polis reydi zamanı, ən böyüyü 3 yaşında olmaqla, 15 uşaq və onlara baxan dayələr aşkar edilib. Sonradan Los-Ancelesin digər ünvanlarında 6 uşaq da tapılıb. Uşaqların hamısının qısa müddət ərzində və müxtəlif yerlərdə dünyaya gəlməsi, hüquq-mühafizə orqanlarının şübhələrini artırıb.

İstintaq nəticəsində malikanənin "Mark Surrogacy" adlı kommersiya daşıyıcı analıq agentliyinin mərkəzi olduğu məlum olub. Agentliyin fəaliyyətinə Çin əsilli Silviya Canq rəhbərlik edib. O, uşaqların hamısının özünə məxsus olduğunu iddia etsə də, bəzi daşıyıcı analar, Canq tərəfindən aldadıldıqlarını və həqiqi məqsədlərdən xəbərsiz olduqlarını bildiriblər.

Polis tərəfindən ələ keçirilən təhlükəsizlik kamerası görüntülərində uşaqlara fiziki zorakılıq göstərildiyi, onların zorla oturdulduğu, hətta xəstəxanaya yerləşdirilən körpənin sarsıldığı anlar əksini tapıb. Canq və həyat yoldaşı olduğu bildirilən Quocun Şüen saxlanılsalar da, 4 gün sonra sərbəst buraxılıblar.

İstintaq həmçinin cütlüyün "Yudao Management” adlı daşınmaz əmlak şirkəti vasitəsilə çoxsaylı mülklərə sahib olduğunu və Çinlə biznes əlaqələri saxladığını ortaya çıxarıb. ABŞ-da sürətlə böyüyən, milyardlarla dollar dövriyyəyə malik daşıyıcı analıq sektorunda Çinli ailələrin payının artması, bu işin qanuni çərçivələri ilə bağlı sualları da gündəmə gətirib.

Hazırda 22 uşaq dövlət himayəsindədir və onların hüquqi statusu hələ də qeyri-müəyyəndir. FTB istintaqı davam etdirir, prokurorluq isə yeni həbs qərarlarının mümkünlüyünü istisna etmir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Avqust 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri