Icma.az
close
up
RU
“Bir vaxtlar həqiqətən “uşaq muşağın” əlində qalmışdıq...”

“Bir vaxtlar həqiqətən “uşaq muşağın” əlində qalmışdıq...”

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

28 May-bizlər üçün təqvimin ən önəmli günlərindən biridir. Çünki hazırda daşıdığımız müqəddəs ada məhz o zaman qovuşmuşuq, Azərbaycan və azərbaycanlı kəlməsini məhz həmin andan etibarən şüurumuza əxz etmişik, dövlətçilik ənənələrini məhz bu tarixin verdiyi imkanlardan bəhrələnərək bütöv və monolit hala gətirmişik.

Haqqında danışdığım tarix isə bir tək ənənələrlə deyil, həm də genetik kodlarla ifadə olunur. Daha dəqiq desəm: Əsrin əvvəlində, Şərqdə ilk dövləti necə yaratmışdıqsa, əsrin sonunda “Azadlıq” meydanındakı qəhrəmanlıqlarımızdan dolayı “20-ci yüzilliyin xalqı” titulunu necə qazanmışdıqsa, bir dönəmdən sonra məğlubiyyətləri də eyni cür sıralaya və...70 ildən sonra güc-bəla ilə əldə etdiyimiz müstəqilliyi itirə bilərdik.

Eynən “18 ayın presedentinə” söykənərək!

Bəzən siyasi opponentlər 90-ları təftiş edərkən buyururlar ki, məlum gedişat bütün post-sovet ölkələri üçün xarakterikdir və ya onlar da dövləti, dövlətçiliyi qorumaq yolunda eyni çətinliklərlə üzləşiblər

Xeyr, mənim əzizlərim! Azərbaycan qədər deyil! Hətta, ümumiyyətlə-deyil!

Bizim keçdiyimiz əzablı yolu kimsə keçməyib. Nə Belarus, nə Litva, nə Qazaxıstan, nə Türkmənistan, nə Qırğızıstan, nə də başqa biri! Hə, “təməl kontekstində” hamının müəyyən əziyyəti, xidməti var. Razıyam. Amma həmin dövlətlər Azərbaycandan fərqli olaraq heç vaxt dağılma, parçalanma, 4-5 yerə bölünmə təhlükəsi ilə üzləşmədi...Bilirsinizmi niyə?! Çünki onların hakimiyyəti, iqtidarı müstəqilliyin ilk etapındaca “ağzında saqqız çeynəyib, köpük partladanlar” tərəfindən mənimsənilməmişdi.

Çünki - onların, qaş düzəldəcək yerdə göz çıxaran və az qala bütöv Qarabağı bir lüzumsuz bəyanatın badına verən lideri, riyaziyyat təhsilli müdafiə naziri, fizika təhsilli xarici işlər naziri yox idi.

***

Kuçma. Şvarnadze. Lukaşenko.....Nəhənglər dərhal sükan başına keçdilər.

Biz isə sözün gerçək anlamında “uşaq-muşağın” əlində qalmışdıq!

Və bir az da geciksəydik, “talış muğan respublikası”nın himnini, konstitusiyasını (?!) yazanlar, “Sadval”ın əli ilə şimalda böyük bir trayektoriya cızanlar, Rövşənin kor qalmış avtomatından dövlətin ürəyinə güllə atanlar, “ağzıqara” Sürətin üzərindən ölkəmizə meydan oxuyanlar müstəqilliyimizi də, suverenliyimizi də basıb-yeyəcəkdilər.

Heydər Əliyev olmasaydı – müasir Azərbaycan indi mövcud deyildi!

Heydər Əliyev yenidən siyasətə qayıtmasaydı, gədə-güdənin ağzını yığmasaydı, Milli Məclis sədrinin otağına silahla girən terrorbaşıları, Gəncəni “dədəsinin malı” gözündə görən bədxahları islah etməsəydi, danışarkən ağzından horra və şorba tökülən diletantları, bəsitləri, kustarları, səriştəsizləri idarəçilikdən uzaqlaşdırmasaydı – indi mövcud deyildik!

Heydər Əliyev, çox demirəm, yarımca il hakimiyyətə gec gəlsəydi, bu ölkəni populistlərin, qaçağanların, siyasi fərarilərin caynağından qurtarmasaydı – indi mövcud deyildik!

Vallah, billah – deyildik!

***

Müstəqillik gözəldir. Müstəqillik dadıla biləcək ən gözəl nemətdir. Müstəqillik şərtdir, vacibatdır!

Fəqət, nə təəssüf, paralel fonda həmin müstəqilliyə qarşı yönələn təhdidlər də qaçılmazdır və onları zaman-zaman izləmək məcburiyyətindəyik. Əlikramın, “Sadval”ın, “OMON”un yolunu gedənlərin, “Kərimə dövləti” yaratmağa cəhd edənlərin timsalında. FETÖ-nun tör-töküntülərinin timsalında. Vətən satmağı özlərinə həyat və fəaliyyət prioriteti seçən qaraguruhun timsalında. Söyüşdən yoğrulub, söyüşlə qidalananların timsalında...

Bulqakovun gözəl bir sözü var: “Uşaqların qaranlıqdan qorxması normal haldır. Normal olmayan şey böyüklərin işıqdan qorxmasıdır.”

...Bəzən müstəqil Azərbaycanın işığı, qalibiyyətləri, inkişafı çox gözləri qamaşdırır, qıcıqlandırır və hansısa məqamda hətta qorxudur. Amma, artıq öyrəncəliyik. Təəccüblənmirik.

Yetər ki:

Biz yerimizdə olaq və bu günlərin qiymətini bilək.

Ulu Öndərin və İlham Əliyevin dəyərini anlayaq.

Azərbaycanı Azərbaycan edən KİŞİLƏRİN zəhmətini unutmayaq.

Müstəqilliyimizin, milli şüurumuzun, dövlətçilik kimliyimizin Heydər Əliyevin adı ilə birbaşa bağlılığını, bu addan qidalandığını əsla və əsla yaddan çıxarmayaq.

Gerisi rahatdı...

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 May 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri