Icma.az
close
up
RU
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bir ekosistemi ilə Xəzər Universiteti arasında tələbələrin inkişafına dəstək vermək, onları əmək bazarına hazırlamaq və universitet-biznes əməkdaşlığını gücləndirmək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə proqramları, mentorluq dəstəyi və peşəkar inkişaf təlimləri həyata keçiriləcək. Bununla da tələbələr universitetdə qazandıqları bilikləri real iş mühitində tətbiq etmək, iş dünyasını daha yaxından tanımaq və gələcək karyeralarına daha hazırlıqlı başlamaq imkanı əldə edəcəklər.

Tədbirdə Bir ekosisteminin rəsmi nümayəndəsi Fərid Hidayətzadə əmək bazarının ehtiyaclarına cavab verən peşəkarların hazırlanmasında universitetlə biznes arasında davamlı əməkdaşlığın vacib olduğunu vurğulayıb. “Biz inanırıq ki, yaxşı mütəxəssis auditoriyada formalaşmağa başlayır, iş həyatında isə inkişaf edir. Ona görə də biz ali məktəblərlə əməkdaşlığı təcrübə proqramı kimi yox, gələcəyin peşəkarlarına yatırım olaraq dəyərləndiririk. Hazırda Bir ekosistemində Xəzər Universitetinin 48 məzunu çalışır, onların 14-ü rəhbər vəzifələrdə fəaliyyət göstərir. Bu statistika universitetdə formalaşan potensialın ən yaxşı göstəricilərindən biridir. İnanıram ki, əməkdaşlığımız daha çox potensiallı gənci əmək bazarına qazandıracaq”. Dominos pizza

Xəzər Universitetinin rektoru Raziyə İsayeva isə bildirib ki, bu gün tələbələr üçün nəzəri bilik qədər real iş təcrübəsi də vacibdir. O qeyd edib ki, universitetlə biznes arasında qurulan əməkdaşlıqlar gənclərin iş dünyasını daha yaxından tanımasına, gələcək karyera seçimlərini daha inamla etməsinə və öz potensialını daha rahat reallaşdırmasına imkan yaradır. Rektor Bir ekosistemi ilə əməkdaşlığın tələbələr üçün yeni inkişaf və karyera imkanları açacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Bir ekosistemi gənclərin peşəkar inkişafına yönələn layihələri davamlı olaraq həyata keçirir. Hazırda ekosistem bu istiqamətdə 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir və bu günədək 2700-dən çox tələbə müxtəlif təcrübə proqramlarında iştirak edib. Məqsəd gənclərin real iş mühitini daha yaxından tanımasına, praktik təcrübə qazanmasına və gələcək karyeralarına daha hazırlıqlı başlamasına imkan yaratmaqdır.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Ətraflı məlumat üçün: bir.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyul 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri