Icma.az
close
up
RU
“Bir Vətənim Oldu”: Türkiyəyə sığınan suriyalılar nə düşünür?

“Bir Vətənim Oldu”: Türkiyəyə sığınan suriyalılar nə düşünür?

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bəşər Əsəd rejiminin yıxılmasından sonra dünyanın müxtəlif yerlərində, xüsusilə Türkiyədə, Suriyalılar ümid dolu bayraqları qaldıraraq sevinc içində qutlamalar etdilər. Türkiyə, illərdir müharibədən qaçan milyonlarla insan üçün bir sığınacaq olmuşdu. Bu qutlamalar zamanı yaddaşıma dərin həkk olunan bir görüntü ilə qarşılaşdım. 12-13 yaşlarında bir qız, əlində yeni Suriya müxalifətinin bayrağını tutaraq kameraya baxır və deyirdi:


“Bir Vətənim oldu ya... Bir Vətənim oldu. Əvvəllər çox üzülürdüm, hani Vətənim belə yoxdu. Mən nəydim? Mən kimdim? İndi Vətənim var ya. Həm də heç görmədiyim bir yer adına çox xoşbəxtəm.”Bu sözlərdən sonra bayrağı sevinc dolu təbəssümlə yelləməyə başladı. O an sanki keçmişin ağırlığı ilə gələcəyin ümidini bir arada görürdüm. Amma bu mənzərə məni dərindən düşündürdü. Niyə bu qız Türkiyədə doğulub böyüməsinə baxmayaraq, Türkiyəni öz “Vətəni” kimi qəbul etmirdi? Niyə onun kimi minlərlə uşaq üçün Türkiyə sadəcə bir sığınacaq olaraq qalmış, amma həqiqi “Vətən” olmamışdı?

2016-cı ildə magistr təhsili üçün Türkiyəyə, Kayseri şəhərinə gəldiyim zaman, Suriyadan gələn mühacir axınının ilk illəri idi. Kayseri, Suriyalıların sıx məskunlaşdığı şəhərlərdən biri olaraq diqqət çəkirdi. O dövrdə Türkiyədə cəmiyyətdə və mediada Suriyalılara qarşı mərhəmət və anlayış göstərildiyini görmək olurdu. İnsanlar bu qaçqınların çəkdiyi əzablara həssas yanaşır, onları ailəvi bir qonaq kimi qəbul edirdilər.Amma illər keçdikcə bu münasibətlər dəyişdi. Mərhəmət yerini narazılığa, anlayış isə təcridə verdi. Əvvəllər isti qucaq kimi açılan qollar zamanla araya soyuq divarlar qoydu.

Bəs bu dəyişikliyin səbəbləri nə idi?


Öncəliklə,Suriyalılar və Türkiyəlilər hər nə qədər eyni dini inancları paylaşsalar da, dillər, məişət vərdişləri və sosial davranışlar baxımından dərin fərqliliklər vardı. Dillərin ayrı olması sanki iki fərqli musiqi alətinin bir ahəngdə çala bilməməsi kimi idi. Suriyalıların türk dilini öyrənməkdə çətinlik çəkməsi ünsiyyət maneələrinə, bu isə inteqrasiyanın çətinləşməsinə səbəb olurdu.Bundan əlavə, çoxuşaqlı ailə strukturları, ictimai məkanlarda fərqli davranış qaydaları bəzən Türkiyəlilər üçün qəribə görünürdü. Bu mədəni fərqliliklər iki tərəf arasında sanki görünməz, amma keçilməsi çətin olan bir sərhəd yaradırdı. Eyni zamanda, Suriyalılar çox vaxt ucuz iş qüvvəsi kimi qəbul edilirdi. Bu isə yerli işçilərin narazılığına səbəb olurdu. Evlərin kiralarının artması, iş yerlərinin azalması cəmiyyətin müəyyən təbəqələrində qəzəb toxumları səpirdi. Su bir fincana sığmayanda daşdığı kimi, bu təzyiqlər də cəmiyyətdə gərginliklər yaradırdı. Ən önəmlisi də, təbii ki, media idi. Media çox vaxt Suriyalıların mənfi tərəflərini işıqlandırır, onların çəkdiyi əzablara isə az yer verirdi. Bu, onların cəmiyyətdə “digər” kimi görünməsinə səbəb olurdu. Media sanki bir güzgü idi, amma bu güzgü çox vaxt Suriyalıların üzünü deyil, onların cəmiyyətə gətirdiyi problemləri əks etdirirdi.


Bu dəyişiklikləri daha dərindən anlamaq üçün bir neçə dəfə Suriyalıların sıx yaşadığı Kilis şəhərinə getmişdim. Bura Suriyalıların sayının yerli əhalidən çox olduğu bir şəhərdir. Şəhəri gəzərkən hər dəfə yerli insanlarla söhbətlər etməyə çalışırdım. Çoxları narazılıqlarını gizlətmirdi: 


“Ev kiraları qalxdı, iş yerləri azaldı, şəhər dəyişdi,” deyirdilər. Amma başqa hekayələr də vardı. Məsələn, ənənəvi ayaqqabı istehsalı ilə məşğul olan yaşlı bir kişi: “Bir insan insan olduqdan sonra mən niyə ona iş verməyim? Onlar da Allahın qonaqlarıdır.”-deyə, cavab vermişdi bir dəfəsində.Bu cür yanaşmalar çox az rast gəlinən, amma o qədər də qiymətli idi.


Bir gün də İstanbulda Böyük Validə Xanı gəzərkən sənətkarlıqla məşğul olan orta yaşlı bir Suriyalı ilə qarşılaşmışdım. Yanında balaca qızı var idi. Etirazıma baxmayaraq, mənə Halep qəhvəsi təqdim etmiş və oturub bir az söhbətləşmişdik. 



“Bizi neqativ hadisələrə görə günahlandırırlar. Amma mən qayıtmaq istəyirəm Vətənimə. Qızımı isə necə savaşın içinə aparım? Hər şey düzəlsə, mütləq qayıdacam.”-demişdi, mənə. Onun gözlərində həm həsrət, həm də qorxuyu görmüşdüm. O, sanki evinə dönmək istəyən, amma qapını açmağa cəsarət etməyən bir adam idi.

Mənə elə gəlir ki, heç kim xoşbəxt olduğu yerdən ayrılmaq istəməz. Suriyalılar Türkiyəyə gəldilər, çünki məcbur idilər. Amma bir yerdə yaşamaqla o yeri “vətən” kimi hiss etmək arasında böyük fərq var. “Vətən” hissi yaratmaq yalnız sığınacaq verməklə kifayətlənmir; qəbul edilmək, sevgi və anlayışla qarşılanmaq, aid olduğunu hiss etmək də lazımdır.


O balaca qızın sevinc dolu sözlərində qeyd etdiyi kimi: 

“Bir Vətənim oldu.” Onun üçün bu, Türkiyə deyil, heç görmədiyi, amma xəyalında yaşatdığı Suriyadır. Vətən, sadəcə bir coğrafi məkan deyil, aid olduğunu hiss etdiyin, sevildiyin, qəbul edildiyin bir yerdir. Türkiyə bu mənada çox şey etdi, amma aidiyyət körpüsünü tam qura bilmədi. Bu isə bizi bir daha düşünməyə vadar edir: həqiqətən aid olmağı təmin edən nədir?



Maral Nəcəfli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see184

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see137

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see129

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see125

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see123

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see122

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see122

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see119

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see119

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see118

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see118

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see114

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see114

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see112

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see111

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri