Icma.az
close
up
RU
Bir yaşlı körpənin dəstəyə ehtiyacı var: Müalicəsini edə bilsək, vəziyyəti stabil qala bilər

Bir yaşlı körpənin dəstəyə ehtiyacı var: Müalicəsini edə bilsək, vəziyyəti stabil qala bilər

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bir yaşlı Nəcəfin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Səbinə Bilalova məlumat verib.

O bildirib ki, övladı qaraciyər çatışmazlığından əziyyət çəkir:

"Nəcəf ötən ilin oktyabr ayında dünyaya gəlib. Həmiləliyim və doğumdan sonrakı ilk aylarda onun səhhətində hər şey normal idi. İyun ayının sonunda onun bədənində qançırlar əmələ gəlməyə başladı. Əvvəlcə bunun ciddi bir şey olmadığını düşünsək də, sonradan həkimə müraciət etdik. Müayinə zamanı həkim övladımın qaraciyər çatışmazlığından əziyyət çəkdiyini dedi".

Səbinə Bilalova yardımsevər şəxslərdən övladına dəstək istəyib:

"Nəcəfin xəstəliyini dəqiqləşdirənə qədər, inanın, çox xərc çəkdik. Hazırda onun müalicələrini edirik. Həkimlər müalicələri vaxtlı-vaxtında etsək, onun vəziyyətini stabil saxlaya biləcəklərini deyirlər. Özüm evdar qadınam, yoldaşım isə yemək şirkətlərinin birində kuryer kimi çalışır. İnanın, gecəsini gündüzünə qatsa da, yenə də çatdıra bilmirik. Evin kirayəsi, uşağın yeməyi, dərmanları, müayinəsi artıq çatdırmırıq. Sizin saytın izləyicilərinin dəstəyi ilə biz bir müddət əvvəl onun yenidən müayinələrini etdirə bildik. Hazırda dərman və iynələri almaq üçün 400 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 479-98-45.

Kapital Bank: 4169 7388 9196 3492.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Noyabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri