Bir zamanlar onlar çox aktual idi Şahlar Əsgərov
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“Bu gün ehtiyac olmayan ixtisaslar var ki, bir zamanlar onlar çox aktual idi. Bu ixtisası seçənlərin sayı da kifayət qədər idi. Ancaq bu gün o ixtisaslara tələbat yoxdur. Çünki bu gün o ixtisaslar aktual deyil».
Bunu Əməkdar elm xadimi, professor Şahlar Əsgərov 525.az-a deyib. Onun sözlərinə görə, dövrə, zamana uyğun ixtisasa, peşəyə yiyələnmək lazımdır. Fikrimcə, gələcəyin ehtiyac duyulan ixtisaslarından biri də nanotexnologiyadır. Bu yeni elm budağı bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər hazırda qolf dəyənəklərinin, xizək vasitələrinin, avtomobil detallarının, dental implantların gücləndirilməsində və digər sahələrdə istifadə edilir. Gələcəyin bina və körpülərinin daha yüngül və möhkəm olmasında bu texnologiyadan istifadə olunması gözlənilir. Bəşəriyyət hər ötən gün inkişaf edir. Tərəqqi özü ilə birlikdə yeni problemlər gətirir. Həmin məsələləri həll etməkdən ötrü isə yeni ixtisaslar yaranır.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 15 Aprel 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















