Icma.az
close
up
RU
BİRBANK ın MİN OYUNU: Kasıblara “kuryer” tələsi, varlıya isə...

BİRBANK ın MİN OYUNU: Kasıblara “kuryer” tələsi, varlıya isə...

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkənin aparıcı banklarından olan "Kapital Bank" (Birbank) müştəri sayı artdıqca xidmətin keyfiyyətini yüksəltmək əvəzinə bu sahədə daha da böyük tənəzzül yaşayır.

Mia.az xəbər verir ki, bankın mobil tətbiqində təklif olunan bir sıra xidmətlər əslində mövcud deyil, yaxud problemlidir.

Kapital Bank onsuz da son ildə imicinə böyük zərbə ilə yadda qalıb: onun müştərilərinin kartlarına kiberhücumlar və aldadılma halları banka etibarın itirilməsi ilə nəticələnib. Hətta sosial şəbəkələrdə müştərilər bank əməkdaşlarının özünün kibercinayətkarlarla əlbir olduğunu düşünərək Kapital Bankı ittiham ediblər.

Digər tərəfdən, bankın təklif etdiyi xidmətlərin mahiyyətini araşdırdıqca, məlum olur ki, bu xidmətlərin əksəriyyəti diskriminativ xarakterlidi. Kimin pulu varsa, ona keyfiyyətli xidmət var.  Yəni, pulun varsa, bank sənin müraciətinə yeri gələndə geri dönüş edir, təklif və şikayətlərə reaksiya verir. Pulun yoxdusa, onların qapısına, yəni filiallara təpik döyməlisən. Ya da oturub mobil tətbiqlərdə istifadəyə verilən, “çatbot” adlanan robotlarla nəticəsi olmayan mənasız söhbətlərdə vaxt itirməlisən.

 Əlbəttə, pullu müştərilər bank üçün prioritet olmalıdı. Amma kasıb təbəqə niyə mövcud olmayan, yaxud problemli xidmətlərə cəlb edilərək aldadılır? 

Məsələn, mobil tətbiqdə kart sifarişi, yaxud kartın vaxtının uzadılması xidməti var: həm debet, həm də kredit kartları üçün nəzərdə tutulan xidmətdən istifadə zamanı müştəriyə pulsuz çatdırılma xidməti təklif olunur. Müştəri ya vaxt itirməmək, ya da səhhəti səbəbilə pulsuz çatdırılmanı seçir. 

Nə gözəl. Amma pulsuz xidmət olarmı? Olmaz. Müştəri kartın fiziki variantını gözləyən məqamda sms gəlir ki, bu xidmətin yerinə yetirilməsi mümkün deyil. Bank sms-lə müştərini filiala yönəldir, şikayətə baxılsa da, nəticəsi barədə məlumat verilməyəcəyini və geri dönüş olmayacağını bildirir. Eyni zamanda, xidmətin bərpası da həyata keçirilmir.

Amma məsələn, pullu müştərilər, Biznes kart sifariş verənlər də eyni etinasız münasibətlə üz-üzə qalırmı? 
Xeyr. Çünki onlar çatdırılma xidmətinə görə 5 AZN pul ödəyir. 

Kasıbın başını isə mobil tətbiqdəki “pulsuz çatdırma” yalanı ilə aldadaraq həm vaxtını əlindən alırlar, həm də əsəbini. 

Kapital bankın çatdırılma, yəni, poçt-kuryer işinin necə təşkil olunduğuna dair bir kiçik araşdırma aparmaq istədik və məlum oldu ki, bu barədə heç bir açıq informasiya resursu yoxdur. Mütəxəssislərin bildirdiyinə görə, belə xidmətlər banklar tərəfindən satınalma yoluyla alınır. Amma Kapital bankın bu xidmətə dair satınalma müqaviləsinin kiminlə bağladığını öyrənə bilmədik. Bu barədə nə kotirovka sorğusu, nə də tender barədə məlumat var. Bəlkə Bank bu xidmətləri bir mənbədən satınalma ilə həyata keçirib? Amma belə olan halda da, sual yaranır: poçt-kuryer işinin hansı unikallığı var ki, Kapital Bank onu bir mənbədən satınalma ilə həll etsin? Bundan daha böyük sual: Antiinhisar buna necə razılıq verib?

Bütün hallarda, Kapital Bankın kuryer xidməti əngəllidir. Bu sahədə müştəriyə xidməti nəzərdə tutub həyata keçirə bilmirlərsə, deməli, poçt-kuryer işlərinin qurulmasında ciddi problemlər var. Ya da Bank rəhbərlyində kimlərinsə tanış-bilişi ilə bu xidmətin satınalması keçirilib, sonuncular da indi kefi istədiyi kimi Bankın müştəriləriylə əylənir.

Bu əyləncənin sonunun yaxşı olmayacağı düşünmək istəyirəm. Çünki bu vəziyyət etibarını qorumaqda mükələfiyyətli olan bir bank üçün böyük rəzalətdi. Bankın müştərilərini varlı-kasıb təbəqəsinə bölməsini, cibinə görə diskriminasiya etməsini deyirəm.

Yəqin, buna bir açıqlaması olacaq adı bir, özünün min problemi olan bankın. 

Zülfiyyə Musyafayeva

mia.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 İyul 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri