Birbank Invest 9 ay ərzində 25 milyon ABŞ dolları dövriyyə edib
Banco.az saytına istinadən Icma.az xəbər verir.
"Birbank Invest" 9 ay ərzində 25 milyon ABŞ dolları dövriyyə edib.
Banco.az xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bu gün rəhbərlik etdiyi bankın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilən mətbuat konfransında deyib.
Fərid Hüseynov qeyd edib ki, Bu gün ən dəyərli vəsait hərəkətdə olan, böyüyən və gələcəyə yatırılan vəsaitdir:
"Biz məhz bu fəlsəfəni rəhbər tutaraq, ötən il Birbank brendlərinə tamamilə yeni bir nəfəs gətirdik və Birbank Invest-i ictimaiyyətə təqdim etdik. PAŞA Kapital İnvestisiya Şirkəti ilə birgə ərsəyə gətirdiyimiz bu layihə Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Qeyd edim ki, bu, həm peşəkarlar, həm də ilk dəfə investisiya dünyasına addım atanlar üçün böyük imkanlar qapısıdır. Biz investisiya mühitini o qədər sadələşdirdik və əlçatan etdik ki, artıq rəqəmlər də öz sözünü deyir. Bu gün cəmi 1 dollarla qlobal bazarlara giriş etmək mümkündür. İstifadəçilərimiz ABŞ-nin aparıcı şirkətləri və Birja Fondları (ETF) da daxil olmaqla 12 000-dən çox maliyyə alətindən faydalana bilirlər. Bütün bunlar sürətli rəqəmsal qeydiyyat, 7/24 investisiya imkanı, 500 000 dollaradək sığorta və yüksək təhlükəsizlik standartları ilə baş verir. Çox qısa zaman keçməsinə baxmayaraq, artıq 100 000-ə yaxın istifadəçimizin bizə güvənməsi və dövriyyənin 25 milyon ABŞ dollarından çox olması onu göstərir ki, cəmiyyətimiz bu transformasiyaya çoxdan hazır idi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 22 Aprel 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















