Icma.az
close
up
RU
Birbaşa, açıq Rusiya NATO savaşı başlayırmı?.. Elxan Şahinoğlu cavablandırır...

Birbaşa, açıq Rusiya NATO savaşı başlayırmı?.. Elxan Şahinoğlu cavablandırır...

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rusiyanın hər hansı bir Alyans ölkəsinə raket zərbəsi endirməsi faktiki iki tərəf arasında birbaşa və açıq qarşıdurmaya səbəb olar. Və NATO bu halda artıq müharibədən kənarda qala bilməz...”

“Əslində, faktiki olaraq  NATO-Rusiya qarşıdurması artıq baş verib. Ukraynada davam edən müharibə və Avropa ölkələrinin Ukraynaya verdiyi dəstək də bunu təsdiq edir. Və Rusiya bu günlərdə yalnız Ukraynaya deyil,  Avropa ölkələrinə də dron hücumları həyata keçirir. Bu isə o deməkdir ki, Rusiya və NATO ölkələri  artıq qarşıdurma içindədir. Amma Rusiyanın hər hansı bir Alyans ölkəsinə raket zərbəsi endirməsi faktiki iki tərəf arasında birbaşa və açıq qarşıdurmaya səbəb olar. Və NATO bu halda artıq müharibədən kənarda qala bilməz”.

Politoloq Elxan Şahinoğlu bu fikirləri Moderator.az-a açıqlamasında "NATO Baş katibi Mark Rütte bildirib ki, artıq NATO ilə Rusiya açıq qarşıdurmaya yaxınlaşır. Sizcə, doğrudan da belə bir qarşıdurma realdırmı?” sualını cavablandırarkən dilə gətirib.

“Bəs Rusiya-NATO qarşıdurması nələrlə nəticələnə bilər? Dünya müharibəsi riski olacaqmı?” sualına həmsöhbətimiz belə cavab verib:

“Belə bir mümkün qarşıdurmanın növbəti dünya müharibəsinə gətirib çıxaracağını zənn etmirəm. Çünki  Rusiya da nüvə dövlətidir, Avropa öılkələrindən Böyük Britaniya və Fransa da nüvə dövlətidir. Hər halda onlar ümumiyyətlə, mümkün qədər qarşıdurmadan qaçmağa cəhd edəcəklər. Artıq birbaşa Rusiya-NATO qarşıdurması baş verəcəyi təqdirdə isə onu minimum səviyyəyə endirməyə çalışacaqlar. Ona görə ki, böyük bir nüvə müharibəsinin baş verməsi heç kimin marağında deyil. Lakin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi davam etdikcə onun daha böyük bir müharibəyə çevrilmə riski hələ də qalır”. 

“Hansı tərəfin məğlub olma ehtimalını daha yüksək hesab edirsiz? ” sualını isə politoloq bu cür cavablandırıb:

“Hesab edirəm ki, Rusiyanın resursları uzun müddət və onlarla dövlətin birliyi ilə müharibə etməyə imkan verməyəcək. Elə indi Kreml guya Ukraynaya qalib gəlməsi ilə öyünsə də, artıq müharibənin 4-cü ili gedir, amma Putin ordusu Ukraynada istədiyini əldə edə bilmir. Belə bir durumda tək Ukrayna ilə bacarmırsa, NATO ilə savaşda nə edə bilər ki? Üstə gəl, ölkə iqtisadiyyatı ağır durumdadır. Bu saat, demək olar ki, bütün Rusiya boyu yanacaq çatışmazlığı yaşanır. Bir sözlə, Rusiyanın bu müharibədən qalib çıxacağı çətin görsənir...”

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri