Icma.az
close
up
RU
Bircə axşamda bütün həyatımız dəyişdi Yanğında ölən Samirin yoldaşı FOTO

Bircə axşamda bütün həyatımız dəyişdi Yanğında ölən Samirin yoldaşı FOTO

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yasamaldakı çoxmərtəbəli binada baş verən faciəvi yanğında həlak olan komendant Samir Məhəmmədovun həyat yoldaşı Marta Ramazanova yaşadıqları dəhşətli anlarla bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, o, həmin axşamı ailə üçün adi və mehriban bir gün kimi gözlədiklərini, lakin bütün həyatlarının bir göz qırpımında dəyişdiyini bildirib.

Marta Ramazanova qeyd edib ki, onların kiçik övladı həkimlərin operativ müdaxiləsi nəticəsində möcüzəvi şəkildə xilas olunub:

"Kiçik övladımı möcüzə nəticəsində xilas etdilər, həkimlərə təşəkkür edirəm - ilk dəqiqələr həlledici oldu. Hələ də xəstəxanadayıq, özümüzə gəlməyə çalışırıq. Körpə oksigenə qoşulub, yoxsa saturasiya düşür". 

O, ailəsinin yaşadığı şokdan danışaraq bildirib ki, artıq 6 gündür ağciyərlərində yığılan tüstü və hisin təsirləri davam edir, yanğın qoxusu saçlarından belə çıxmır və həmin gecəni hər dəfə xatırladır.

Ramazanova həmçinin həyat yoldaşının - "mükəmməl ata, qayğıkeş ər və nümunəvi vətəndaş"ın - həyatını itirməsini ailəsinin ən ağır itki kimi dəyərləndirib. O, binanın kiçik sakinlərindən olan Arzunun da həlak olduğunu xatırladaraq kədərini bölüşüb:

"Mükəmməl ata, sevimli ər, əla dost, məsuliyyətli işçi və nəhayət, öz ölkəsinin nümunəvi vətəndaşı artıq həyatda yoxdur. O, daha yoxdur.
Bircə axşamda bütün həyatımız dəyişdi. Və təkcə bizimki yox. Kiçik Arzuşka - bir mələk, oğlanlarımın balaca rəfiqəsi... o da artıq yoxdur" .

Yanğında ölən Samirin 10 gün öncəki səs yazısı yayıldı - Binadan şikayət edibmiş

Marta Ramazanova hazırda binanın sakinlərinin evsiz qaldığını, əşyalarını paketlərə yığaraq harada mümkün olsa sığındıqlarını qeyd edib:

"Biz - həmin binanın sakinləri - bomj kimi yaşayırıq. Əşyalarımızı paketlərə və çemodanlara yığırıq. Harada yer tapsaq, orada sığınırıq. Yaşamağa yerimiz yoxdur. Yeni ili harada və necə keçirəcəyimizi bilmirik. Və ən pisi kimlərsə artıq heç vaxt ailə olaraq tam şəkildə olmayacaq...

Uşaqlar nə baş verdiyini anlamırlar. Soruşurlar ki, "papa haradadır və nə vaxt evə qayıdacağıq?". Mən isə onlara indi nə cavab verəcəyimi bilmirəm. Amma sonradan izah etməyə məcbur olacam ki, bütün bunların səbəbi onların atasının ədalət uğrunda mübarizə aparması idi. Lakin onu eşitmədilər.

Ümid edirəm ki, bu dəfə - sonuncu dəfə - nəhayət, onu eşidəcəklər. Təqsirkarlar qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdır!"

Qeyd edək ki, yanğında həlak olan Samir Məhəmmədov "Kapital Bank"da layihə meneceri olaraq çalışıb. Bədbəxt hadisə zamanı onun ailə üzvləri də tüstüdən zəhərləniblər. 2021-ci il təvəllüdlü oğlu Məhəmməd Mikayıl, digər oğlu Daniel və həyat yoldaşı Marta Ramazanova özəl xəstəxanalardan birinə köçürülüblər.

Fidan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Noyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri