Icma.az
close
up
RU
Birgə Bəyannamə ədalətli və gerçək sülhə yol açan tarixi sənəddir Ülvi Quliyev

Birgə Bəyannamə ədalətli və gerçək sülhə yol açan tarixi sənəddir Ülvi Quliyev

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Avqustun 8-də Vaşinqtonda Prezident Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında imzalanmış Birgə Bəyannamə ədalətli və gerçək sülhə yol açan tarixi sənəddir. Sənədin ölkəmiz üçün əhəmiyyəti həm də ondadır ki, o, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığın beynəlxalq hüquq normalarına söykəndiyini təsbit və etiraf edir.
Birgə Bəyannamədə ABŞ Prezidentinin şahidliyi ilə, həmçinin təsbit olunur ki, Ermənistan hökuməti Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin etmək öhdəliyini öz üzərinə götürür. Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcərdə 1-ci yaşayış kompleksində inşa olunmuş fərdi ev və mənzillərin təqdimatı mərasimindəki çıxışı zamanı bu hadisənin ölkəmiz üçün tarixi əhəmiyyət daşıdığını xüsusi vurğuladı:
”2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq”.
Savaş meydanında qazandığımız tarixi Zəfərdən ötən beş il ərzində dəfələrlə onun da şahidi olmuşuq ki, kimlər Zəngəzur dəhlizinin əleyhinə çıxıb və hansı təhdiddolu bəyanatları verib. Ağ Evdə imzalanmış Birgə Bəyannamədə bu dəhliz “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi təsbit olunur, yəni, dünyanın ən qüdrətli dövlətinin Prezidentinin adı ilə. Bununla bağlı fərqli dairələrdən hələ də narahatlıq ifadə edən bəyanatları eşitsək də, artıq görürük ki, əvvəlki emosional çalarlar tədricən səngiyir. Çünki ən emosional dairələr də anlayır ki, Ermənistanın yurisdik ərazisinə aid olan bu marşrutun adına və hədəflərinə qarşı çıxmaq hansı böyük gücün təpkisinə səbəb ola bilər. Yeni dünya düzəninin formalaşdığı indiki mürəkkəb mərhələdə isə ən kiçik səhvə belə göz yumulmur.
Ən başlıcası, dəhliz əleyhinə bəhanə kimi istifadə olunan iddiaların məntiqi əsası yoxdur. Əvvəla, 42,5 kilometrlik Tramp Marşrutu Ermənistan ərazisindən keçir. İkincisi, həmin dəhliz bütün region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə və qonşular arasında qarşılıqlı etimadın yaranmasına xidmət edəcək. Orta Dənlizin mühüm hissəsi olan Tramp Marşrutu Avrasiya kimi daha geniş coğrafiyada qarşıdurma və ədavətə deyil, ortaq işbirliyinə və bütün aktorların bundan faydalanmasına təminat verəcək. Orta Asiya Respublikaları- Türk dövlətləri də daxil olmaqla Uzaq Şərqdən başlayan bu dəhliz Azərbaycan, Ermənistan və Türkiyə üzərindən Avropaya qədər ticari əlaqələri stimullaşdıracaq, yəni, bütün xalqların rifahına xidmət göstərəcək. Qarşılıqlı ticarət isə, ictimai-siyasi quruluşlardan asılı olmayaraq, bütün dövrlərdə sakitliyi,  müharibələrsiz dinc yaşayışı təşviq edib.
Regionumuzda həyata keçirilən layihələrin hədəflərinə və hadisələrin zaman ardıcıllığına diqqət yetirsək, onu da görərik ki, Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin açılması artıq dönməz xarakter alır. İki il əvvəl-2023-cü ilin sentyabrında Azərbaycan və Türkiyə Prezidentlərinin Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı imzaladıqları niyyət protokolu bu gün gerçəkliyə çevrilir və iki qardaş ölkənin ortaq maraqlarına xidmət edir. Bir gün əvvəl-avqustun 22-də Qars-İğdır-Aralık-Dilucu marşrutu üzrə, Naxçıvanla sərhəddə 224 kilometrlik dəmir yolunun inşasına başlanılması da milli hədəflərimizin gerçəkləşəcəyinə təminat verir.
Elə həmin gün Prezident İlham Əliyev Azərbaycan, Türkmənistan və Özbəkistan Liderlərinin Zirvə görüşündə iştirak etmək üçün Türkmənistana səfər etdi. Türkmənbaşı şəhərində bir sıra mühüm sənədlər imzalandı. Heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”  digər sənədlərin təməlində dayanır və gələcək əməkdaşlıq üçün Yol Xəritəsinin əsas prioritetlərini müəyyən edir.
Eyni tarixi köklərə və ortaq milli-mənəvi dəyərlərə bağlı olan üç qardaş ölkə Liderinin mətbuata birgə bəyanatı da göstərir ki, xalqlarımızın rifahı iqtisadi imkanlarımızın daha sıx əlaqələndirilməsindən və coğrafi üstünlüklərimizin birləşdirilməsindən keçir. Prezident İlham Əliyev mətbuata bəyanatında həm xalqlarımıza, həm də bütün maraqlı tərəflərə bu mesajı verdi:
“Yenə də deyirəm, burada səslənmişdi-nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr. Qaldı ki, bütün bu göstərişlərin vaxtında yerinə yetirilməsinə, mənim buna da şübhəm yoxdur. Həmkarlarımın fikrinə qoşularaq sözümün sonunda bir daha demək istəyirəm ki, bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Necə deyərlər, xeyirli, uğurlu olsun”.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Avqust 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri