Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudov ANILDI FOTO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Zaqatala rayonu Muxax kənd sakini Birinci Qarabağ müharibəsində itkin düşmüş Murad Mahmudovun xatirəsi anılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, valideynləri, qohum-əqrabası, şəhid ailə üzvləri, qazilər, ziyalılar onun xatirəsini anmaq üçün Zaqatala şəhərindəki "İtkin şəhidlər" abidəsi önündə bir araya gəlib, onun həyat yolundan, qəhrəmanlığından bəhs ediblər.
Muradın atası Qəni kişi və anası Pəri xanım anım mərasiminə qatılanlara minnətdarlıq edib, oğullarının qayıdacağına inandıqlarını ifadə ediblər.
Qeyd edək ki, Murad Mahmudov Birinci Qarabağ müharibəsi dövründə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüş bölgəsinə yollanıb.
Bir neçə dəfə düşmənlə ağır döyüşlərə girib, yoldaşlarının mühasirədən çıxmasında fəal iştirak edib. 1993- cü ilin fevralın 18 də Ağdərə istiqamətində gedən ağır döyüşlərdən birində isə Murad itkin düşüb. Döyüş yoldaşları, ailəsi bir daha ondan xəbər ala bilməyib. 

Tural Rasimoğlu, Bizim. Media, Şimal-Qərb bürosu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:254
Bu xəbər 18 Fevral 2026 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















