Icma.az
close
up
RU
Birinci Qax Kitab Sərgisinə başlanılıb

Birinci Qax Kitab Sərgisinə başlanılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qax, 30 may, AZƏRTAC

Mayın 30-da Qax şəhərindəki “İçəribazar” kompleksində Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) təşkilatçılığı, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman, Təhsil və Mədəniyyət idarələri, Şəki Regional Turizm İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb Regional Bölməsinin tərəfdaşlığı çərçivəsində “Oxu, Qax” devizi ilə Birinci Qax Kitab Sərgisinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək kitab sərgisində müxtəlif nəşriyyatların kitab stendləri, yeni kitab təqdimatları, kitab satışı və tanınmış yazıçıların imza saatları, uşaqlar üçün nağıl saatı, interaktiv və maarifləndirici oyunlar, animator şouları, uşaq və ailə zonası, rəsm guşəsi, həmçinin konsert proqramları təşkil olunacaq.

Tədbirdə iştirak edən təşkilatçı və tərəfdaş qurumların nümayəndələri, kitabsevərlər, şəhərin qonaqları əvvəlcə “İçəribazar” kompleksinin ərazisində ölkəmizin tanınmış nəşriyyatlarının kitab stendləri ilə tanış olub, şair və yazıçılarla söhbət edib, endirimli qiymətlərlə arzuladıqları kitabları alıblar.

Rəsmi açılış mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri Şəmil Sadiq, kitab sərgisinin təşkilatçısı Veysəl Məmmədov, “Simart” Sağlam İnkişaf Platformasının proqram meneceri Zəhra Həşimova, tərəfdaş qurumların rəhbərləri çıxış edərək, bilik mənbəyi olan kitabın geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar. Diqqətə çatdırılıb ki, beş ildir fəaliyyət göstərən ANAİB tərəfindən indiyədək respublikamızın 30-dək şəhər və rayonunda belə kitab sərgiləri təşkil olunub. Qax kitab sərgisində 30-dan çox nəşriyyat öz çap məhsullarını nümayiş etdirir, 10 yazıçı iştirak edir. Sərginin hər il keçirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, kitab oxucunu ətraf aləmdə baş verən proseslərdən xəbərdar edən sonsuz məlumat mənbəyi, sirli bir xəzinə, xalqın milli sərvətidir. Kitab xalqın formalaşmasında, intellektinin, mədəniyyətinin yüksəlməsində əvəzsiz rol oynayır.

Çıxış edənlər mədəniyyətimizin hamisi kimi tanınan Ümummilli Lider Heydər Əliyevin bütün həyatının kitabla bağlı olduğunu vurğulayıblar.

Tədbir konsert proqramı ilə davam edib.

“Oxu, Qax” Birinci Qax kitab sərgisinin təşkilatçısı, “Libra Kitab” uşaq kitabları nəşriyyatının direktoru, ANAİB İdarə Heyətinin üzvü Veysəl Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Biz ənənəvi olaraq bölgələrdə kitab sərgiləri keçiririk. İndiyədək Lənkəran, Quba, Gəncə və digər bölgələrdə belə sərgilər təşkil edilib. Bugünkü sərgidə 30-dək nəşriyyatın stendlərində 5 mindən çox kitab nümayiş olunur, eyni zamanda, kitabların satışı həyata keçirilir. Kitablar sərgi iştirakçılarına 30-50 faizədək güzəştli qiymətlərlə təklif olunur. Əsas məqsədimiz bölgələrə kitabsevərləri maraqlandıran kitabları çatdırmaqdır”.

Müxbir – Mustafa Dadaşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri