Icma.az
close
up
RU
Birinci rübdə verilən ipoteka kreditlərinin sayı açıqlanıb

Birinci rübdə verilən ipoteka kreditlərinin sayı açıqlanıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Cari ilin ilk rübü ərzində İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vəsaiti hesabına 124,9 milyon manat məbləğində 1251 ipoteka krediti rəsmiləşdirilib ki, onun da 41,9 milyon manatı (508 kredit) güzəştli ipoteka kreditlərinin payına düşür.

Fonddan  bildirilib ki, ümumilikdə 2006-cı ildən indiyədək İKZF-nin vəsaiti hesabına 3,4 milyard manatdan çox ipoteka krediti verilib. Bunun 988,5 milyon manatı güzəştli ipoteka kreditləridir. Verilmiş kreditlər hesabına 53 min 829 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 31 mart tarixinə fond tərəfindən ümumilikdə 107,4 milyon manat məbləğində 1211 sayda zəmanətli ipoteka krediti verilib.

Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi davam etdirilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8 faiz müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsi davam etdirilib. Nəticədə, 2025-ci ilin ilk rübü ərzində adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,5 faiz təşkil edib.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq, Fond 2025-ci ilin birinci rübündə də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri