Icma.az
close
up
RU
Birinci sinfə elektron qeydiyyat prosesi bu tarixədək davam edəcək

Birinci sinfə elektron qeydiyyat prosesi bu tarixədək davam edəcək

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində müəyyən zaman müddətində prioritet (üstünlük hüququ) tətbiq olunan məktəblərə yerləşdirilən 2335 sorğu emal edilib.

İdarədən Redaktor.az-a bildirilib ki, həmin sorğulardan 1706-sı müvafiq üstünlük hüququna (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə qeydiyyatı olması, bacı-qardaşın həmin məktəbdə hazırda təhsil alması, valideynlərindən birinin həmin məktəbdə çalışması) əsasən təsdiq edilib. Hazırda valideynlər tərəfindən yerləşdirilmiş 629 sorğu isə emal mərhələsindədir.

Qeyd edək ki, sıxlıq müşahidə olunan məktəblərə müvafiq üstünlük hüququna əsasən sorğu yerləşdirilir. Sorğular 5 iş günü müddətində emal edilərək cavablandırılır. Valideyn tərəfindən qeyd edilmiş müvafiq üstünlük hüququ uyğun gələn uşaqların sorğuları təsdiqlənir, müvafiq səbəblərə görə sorğulara imtina verildikdə isə sistemdə vakant şagird yerləri yaranır. Bunları nəzərə alaraq, üstünlük hüququ olan, lakin müvafiq səbəblərdən sorğu yerləşdirə bilməyən valideynlərə müntəzəm olaraq sistemi izləmək tövsiyə edilir.

Onu da qeyd edək ki, ümumi təhsil məktəblərinin I sinfinə elektron qeydiyyat prosesi sentyabrın 12-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 May 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri