Icma.az
close
up
RU
Birinci sinfə qəbul: Portalda müəllimlərin sertifikasiya balları da görünsün!

Birinci sinfə qəbul: Portalda müəllimlərin sertifikasiya balları da görünsün!

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 1-dən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Qəbul prosesi Təhsil Nazirliyinin www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron qaydada həyata keçirilir.

Elektron qeydiyyat sistemi ölkənin bütün şəhər və rayonlarını əhatə edir. Ənənəyə uyğun olaraq, valideynlər portal üzərindən övladlarını qeydiyyatdan keçirərkən dərs deyəcək ibtidai sinif müəllimini də seçə bilirlər.

Müəllimlərin adları ilə yanaşı, onların sertifikasiya imtahanlarında topladığı balların da sistemdə göstərilməsi təklif edilib.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Modern.az-a bildirib ki, bu addım valideynlərin seçim prosesində daha obyektiv və məlumatlı qərar verməsinə kömək edə bilər:

“Bəzi hallarda valideynlər övladını məktəbə yerləşdirən zaman müəllimin göstəriciləri ilə bağlı informasiya sahibi olmur. Sadəcə ağızdan eşitdikləri məlumatlar hesabına bu prosesi həyata keçirirlər. Amma faktiki olaraq göstəricilər bazada öz əksini taparsa, valideyn də baxaraq seçim edə biləcək”.

Ekspertə görə, bu yanaşma şayiə və dedi-qodulara əsaslanan qərarların qarşısını almağa kömək edəcək:

“Valideyn eşitdiyi dedi-qodulardakı müəllimin göstəricilərinin digərindən daha zəif olduğu halda bunu da görə biləcək. Bu, valideynlərin daha düzgün qərar verməsinə gətirib çıxaracaq məqam olduğu üçün müsbət yanaşmaq olar”.

Elçin Əfəndi bildirir ki, bəzi şəxslər müəllimlərin nəticələrinin valideynlərə təqdim edilməsini narahatlıq doğuracaq məsələ kimi qiymətləndirə bilər. Lakin o, bu fikirlə razılaşmır:

“Düşünmürəm ki, belə bir hal olsun. Ən azından valideynlər düzgün qərar qəbul etməlidirlər. Burada müəllimlərin valideynlərə özlərini təqdim etmələri baxımından da imkan yaranır. Sistemdə qeydiyyatdan keçərkən müəllimin nəticələrinin görünməsi mənə görə doğru addım olar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 May 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri