Birinci sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi YARADILDI
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 1 şəhər və 5 rayonda 25 alternativ qeydiyyat mərkəzi yaradılıb.
Redaktor.az xəbər verir ki, bu barədə təhsil idarəsi məlumat yayıb.
Bildirilib ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.
Eyni zamanda valideynlər Şəki "ASAN xidmət" və Balakən "ASAN xidmət" mərkəzlərində də ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.
Qeyd edək ki, mayın 6-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 01 May 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















