Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi bu gün başa çatır
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi bu gün başa çatır.
Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, valideynlər 15 oktyabr 2025-ci il, saat 18:00-a qədər mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimini həyata keçirə bilərlər.
Qeyd edilən tarixə qədər övladları üçün portaldan sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul prosesini yekunlaşdıra bilərlər.
Bildirilib ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib
08 Oktyabr 2025 13:40
I sinfə qeydiyyata üzrlü səbəbdən gecikən uşaqların qəbulu davam edir
13 Oktyabr 2025 10:57
Birinci sinfə qəbul prosesi tamamlanan uşaqların sayı açıqlanıb
14 İyul 2025 16:12
Birinci sinfə qəbul olan uşaqların sayı açıqlanıb
30 İyul 2025 15:44

