Icma.az
close
up
RU
Birinci sinif valideynləri üçün məsləhətlər: Uşaqları məktəbə necə hazırlamalı?

Birinci sinif valideynləri üçün məsləhətlər: Uşaqları məktəbə necə hazırlamalı?

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Yeni tədris ili ilə birlikdə minlərlə azyaşlı məktəbə qədəm qoyur. Bu, həm uşaqlar, həm də valideynlər üçün həyəcanverici və bir o qədər də məsuliyyətli bir dövrdür. Mütəxəssislər bildirirlər ki, uşaqların məktəb həyatına uğurlu başlaması, onların gələcək təhsili və psixoloji inkişafı baxımından olduqca önəmlidir. Bu mərhələdə valideynlərin rolu isə əvəzsizdir.

AZXEBER.COM övladını birinci sinifə yola salacaq valideynlərin əsasən nələrə diqqət etməli olduğunu araşdırıb.

Burada ilk növbədə uşağınızın məktəbə psixoloji olaraq hazırlanması dayanır.

Uşağın məktəbə adaptasiyası üçün onu qorxutmaqdan və ya həddən artıq gözləntilər qoymaqdan çəkinin. Məktəbi maraqlı və öyrədici bir yer kimi təqdim etmək, onun marağını artıracaq.

Digər məqam isə düzgün gündəlik rejiminin yaradılmasıdır. Yuxu və qidalanma rejimi uşağın məktəbdə özünü rahat hiss etməsinə kömək edir. Gec saatlara qədər oyaq qalmasına icazə verməyin və sağlam səhər yeməyi vərdişini formalaşdırın.

Məktəb ləvazimatlarını birlikdə hazırlamaq onlara rahatlıq bəxş edəcək. Uşağın çantasını onunla birgə hazırlamaq və məktəb əşyalarını seçməsinə imkan vermək övladlarınızda məsuliyyət hissini inkişaf etdirəcək.

Müəllimlərlə sıx əlaqədə olmaq da bu ərəfədə köməyinizə çata biləcək amillərdəndir. Uşağınızın məktəbdəki inkişafını izləmək üçün müəllimlərlə daimi ünsiyyət saxlayın. Qarşılıqlı əməkdaşlıq uşağın adaptasiya prosesini asanlaşdırır.

Uşağınız bu mərhələdə narahat, yorğun və ya hətta istəksiz ola bilər. Bu zaman ona anlayışla yanaşın, hisslərini bölüşməsi üçün şərait yaradın. Səbirli və anlayışlı olun.

Ev tapşırıqlarını uşağınızla birlikdə yoxlamağınız faydalıdır, amma onun əvəzinə yerinə yetirmək gələcəkdə asılılıq yarada bilər. Dərslərinə yardım edin, amma öyrənməsini əngəlləməyin.

Mütəxəssislər qeyd edirlər ki, uşaqlar üçün məktəb yalnız təhsil yeri deyil, həm də sosial bacarıqların, məsuliyyətin və müstəqil qərarvermə qabiliyyətinin formalaşdığı bir mühitdir. Bu səbəbdən valideynlərin rolu motivasiyaedici və dəstəkləyici olmalıdır.

Aysel Hacızadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri