Icma.az
close
up
RU
Birinci vitse prezident: “Yaşıl” mədəniyyət, ictimai diplomatiya və liderlik

Birinci vitse prezident: “Yaşıl” mədəniyyət, ictimai diplomatiya və liderlik

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müstəqil Azərbaycanda Prezidentlik institutu dövlət hakimiyyəti sistemində əsas idarəetmə formasıdır. Zamanın tələblərinə uyğun Prezidentlik institutu da özünün təşəkkülü və inkişafında yeniləşərək, Konstitusiyaya dəyişikliklər və əlavələr nəticəsində daha da təkmil metoda keçibdir.

2016-cı il sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda dövlət siyasi-ictimai idarəçiliyində ilk dəfə yeni institut – Birinci vitse-prezidentlik yaradıldı. Bu institutun konstitusion əsaslarla təsis olunması Respublikada siyasi dövlət idarəetməsinin təkmilləşdirilməsi paradiqmasıdır.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə ölkədə ilk dəfə Birinci vitse-prezident vəzifəsinə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Arif qızı Əliyeva təyin edilibdir. Əlbəttə, Mehriban xanımın bu məsul vəzifəyə seçilməsi onun müasir Azərbaycanın ictimai-mədəni, siyasi həyatında vacib və aktiv rol apardığını, Yeni Azərbaycan Partiyasında sədrin müavini, Milli Məclisin deputatı olaraq səmərəli və əhəmiyyətli işlər aparmasını, çoxistiqamətli beynəlxalq fəaliyyətini, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həm Azərbaycan, həm də bölgənin ən böyük ictimai təşkilatı olmasını, ölkədəki bir çox qlobal tədbirlərin təşkilində aparıcı rol oynadığını sübut edirdi. Öncüllük, birincilik Tanrı yazısı, İlahi qismətin seçilmişlərindən biri olma şansıdır.

Ötən illər ərzində ölkədə Birinci vitse-prezidentlik təsisatı çevik, formalaşmış funksional yeni bir təsisat olaraq çoxistiqamətli fəaliyyət göstərir. Mehriban xanımın idarəçilik təcrübəsi bu təsisatın formalaşmasında vacib rol daşıyır. Prezident İlham Əliyev bu keyfiyyətlərə nəzər yetirərək vurğulayıb: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Bəli, Birinci vitse-prezidentin təşkilatçılıq təcrübəsi, xarizmatik xüsusiyyətləri, milliliyi modernliklə vəhdətdə ehtiva etməsi XXI əsr Azərbaycan qadınının ictimai-siyasi-mədəni LİDERlik obrazıdır.

Xanım Mehriban Əliyeva vurğulayır ki, “Bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünki siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi... İstər ictimai, istərsə də dövlətçilik fəaliyyətimdə daim çalışıram ki, sarsılmaz həqiqətlərə söykənim. Əxlaq və mənəviyyat, insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir”.

Birinci vitse-prezidentin mədəniyyətindən irəli gələn vətənkeşlik, torpağa, el-obaya bağlılıq keyfiyyətləri rasional təfəkkürün, ağıllı zəkanın təzahürünün dövlətin ictimai-mədəni idarəetmə sahəsində humanitar “güc” dəstəyidir. Ölkənin Birinci Xanımının mənəvi zənginliyi və geniş dünyagörüşü, zəkasının kreativ məcmusu, universal intellekti, kübarlıq xüsusiyyəti Liderlik komponentidir.

Modern Qadın Lider obrazı Birinci vitse-prezidentin Azərbaycan milli irsinin təbliğindəki yorulmaz əməyi də Xalq+Dövlət Birliyindən qaynaq alan mədəni-diplomatik “güc” amilidir. İftixarla qeyd edək ki, Azərbaycan xalqı Xanım Mehriban Əliyevanı bir güvənc, bir ümid, bir etimad göstərdikləri Qadın Lider Rəhbər kimi sevə-sevə qəbul edir. Hər kəs etiraf edir ki, müstəqil Azərbaycanda Birinci Xanım statusu Mehriban Əliyevanın ictimai-mədəni-diplomatik, yumşaq “güc” fəaliyyəti şəxsində formalaşmışdır. Ölkə Prezidentinin sədaqətli həyat yoldaşı, ən yaxın silahdaşı olan Birinci Xanımın respublikanın humanitar, ictimai-siyasi həyatında, eləcə də beynəlxalq müstəvidə tanınmasında çoxspektrli rolu təkzibolunmazdır. Bu kontekstdən Azərbaycan xalqı Birinci Xanımı bütün hadisə və proseslərin mərkəzində, öz diqqəti, öz münasibəti, öz vətənsevər humanizmi ilə ölkə vətəndaşlarına olan sayğı və qayğısında görür.

Vətən müharibəsində xalq bütün dəstəyi ilə “İrəli, Baş Komandan” amallı Milli Orduya dəstək məsləyində və Prezident İlham Əliyev hərbi-siyasi-diplomatik-informasion savaş meydanında idisə, Birinci vitse-prezident də vətəndaşlara, şəhid ailələrinə, qazilərə diqqət və qayğı cəbhəsində öncül idi, flaqman idi. Elə Böyük Zəfər də məhz dövlətin, Milli Ordunun və xalqın bu vəhdətdən irəli gələn gtüclü Yumruq Birliyi sayəsində qazanıldı.

Birinci vitse-prezidentin “diplomatik-mədəni güc” sahəsində fəaliyyət məkanı genişdir. Bu – ictimai diplomatiya, yeni xeyriyyəçilik modeli, milli musiqi, muğam, sazın dirçəlməsi, milli mətbəx və xalçaçılığın dünyada tanıdılması, ölkənin şəhər və rayonlarının, Qarabağın işğaldan azad olan ərazilərinin bərpa-quruculuq işlərində ənənəviliklə modernliyin vəhdətini yaradılmasında iştirak və s. proseslərdir. Birinci vitse-prezidentin işğaldan azad edilən torpaqların, Qarabağın dirçəldilməsinə yönələn səylərinin əsasında xalqa xidmət siyasi fəlsəfəsi, millətin sabahını daha da işıqlı etmək əzmi dayanır.

Mehriban xanımın diplomatik-mədəni “güc” siyasi-ictimai fəlsəfəsinin məğzinə onun özünün məntiqi ilə nəzər yetirək: “Mən əsas diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirmək istəyirəm”. Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərinin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır. İstər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.

Qadın Lider obrazı, ictimaiyyətçi, xeyriyyəçi olmaq Xanım Mehriban Əliyevanın yumşaq diplomatik-mədəni “güc” siyasi-fəlsəfi xəttidir. Birinci vitse-prezidentin ölkə sərhədlərindən də uzaqlarda təhsil, sağlamlıq, təbii fəlakətlər zamanı yardım və xeyriyyəçilik missiyası həm Qərb, həm də Şərq məkanı ölkələrini əhatə edir, təşəbbüs və rəhbərliyi ilə gerçəkləşdirilən humanitar-mədəni aksiyalar məhz bu qəbildən olan fəalliyyət yolunun Mədəni “güc” siyasi fəlsəfəsidir.

Xanım Mehriban Əliyevanın istər sabiq Milli Məclisin deputatı, istərsə də YAP sədrinin Birinci müavininədək siyasi Yolu Birinci vitse-prezidentlik təsisatında fəaliyyəti Rəhbər Lider idarəçiliyidir. Onun ictimai-mədəni yanaşmasında əsas qayə insana qayğı, diqqətli münasibətdir. Xanım Mehriban Əliyeva vurğulayır: “Mənim məqsədim ondan ibarətdir ki, belə deyək, hətta tənqidə ən çox meyil edən təbəqələrin də müəyyən müddətdən sonra tənqid üçün az əsası olsun”. Bu keyfiyyətlər ictimai xadim–alim–Qadın Rəhbər Liderlik siyasi-fəlsəfi “güc” xəttidir.

Azərbaycan vətəndaşları Birinci vitse-prezidentin çoxistiqamətli fəaliyyətini dəstəkləyərək, güvənc və inam yeri sanır, məhəbbətlə etimad bəsləyir, müxtəlif problemlərinin həllində ona müraciət edirlər. Birinci vitse-prezident xalqın müxtəlif qruplarının ən çeşidli məsələlərinin həllinə xüsusi diqqət göstərir, çoxəsrlik mədəni-mənəvi irsimizin təbliğini çoxsaylı sosial-humanitar-mədəni layihələri reallaşdırmaqla həyata keçirir.

Xanım Mehriban Əliyeva siyasi fəlsəfəsinin “güc” xəttinin mühüm məqamı Azərbaycan qadınının siyasi-ictimai, mədəni-diplomatik obrazını öz fəaliyyəti ilə təqdimidir. Onun dünyanın çoxsaylı nüfuzlu adları və mükafatlarına layiq görülməsi zəhmətinin danılmaz halal haqqı, çoxşaxəli fəaliyyətinə verilən obyektiv qiymətdir. Bu mükafatlar savad, zəka və qətiyyətliliyə, idarəetmədə peşəkarlığa, millətinə, ölkəsinə, dünya insanlığına olan ülvi yanaşmaya cavabdır.

Mehriban xanım Azərbaycan Prezidentinin, Qalib Ali Baş Komandanın ömür-gün yoldaşı, silahdaşı, üç övladının anasıdır. İctimai-siyasi fəaliyyətlə ailə məsuliyyətinin vəhdətini uzlaşdırmaq da Qadın–Dost–Ana xüsusiyyəti, ictimai-diplomatik-humanistik fəaliyyəti də bu keyfiyyətləri cəmiyyətlə uyğunlaşdırma yoludur.

Bəli, Birinci vitse-prezident statusu Azərbaycan xalqı tərəfindən məntiqi qərar kimi qəbul olunaraq, ölkə vətəndaşları tərəfindən müsbət dəstək qazandı. Onilliklər ərzində formalaşan Lider Qadın, Rəhbər, Birinci Xanım və sadəliyin bariz nümunəsi olaraq, xalqının Vətənsevər övladı kimi “Sizin Mehriban” imzasında təsdiq olundu. Ölkə vətəndaşları Birinci Xanımı insanların sırasında, öz yanlarında görməyə alışmışlar. Bu insanpərvərlikdən, genetik xarakterdən, ziyalılıqdan və yüksək kübar keyfiyyətdən irəli gələn elit mədəniyyətdir. Bu komponentlər də Xanım Mehriban Əliyevanı xalqının ümid, inam ünvanına və “Sizin MEHRİBAN” imzalı sevimlisinə çevirmişdir.

Birinci vitse-prezident vurğulayır ki: “Mən Prezidentin etimadını, ən başlıcası isə, mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”. Yaxşı xatırlayırıq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü il noyabrda Azərbaycanda keçirilən COP29 tədbirində Birinci vitse-prezident Mehriban Əliyeva ictimai-siyasi və diplomatik-humanitar mətnlə məhz həmin amal naminə çıxış etdi, məruzəsinin də əsas paradiqmaları “ölkələrə sülh və əmin-amanlıq diləməklə” dünyaya BARIŞ siyasi-fəlsəfi çağırışı oldu. Mehriban Əliyeva hamıda və hər kəsdə belə bir möhkəm əminlik yarada bilib ki, suveren Azərbaycanda Birinci vitse-prezidentlik Konstitusion, ilk innovativ və işlək ictimai-siyasi, diplomatik-mədəni “güc” institutudur.

Fikrimizi Birinci vitse-prezidentin – Bizim Mehribanımızın sözləri ilə bitirək: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq, ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə çıxmaq olar”.

Rəna MİRZƏZADƏ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Avqust 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri