Birini işə götürdülər, o biri də Mingəçevir dən AFFA ya şikayət edi
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Mingəçevir"in sabiq məşqçisi Namiq İbrahimli klubdan AFFA-ya şikayət edib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2024-cü ilin yayından 2025-ci ilin yanvarınadək baş məşqçi Ədəhim Niftəliyevin köməkçisi funksiyasını yerinə yetirən İbrahimli bu addımı müqavilədə nəzərdə tutulan əməkhaqqını ala bilmədiyi üçün atıb.
Belə ki, anlaşmaya əsasən ona ayda 700 manat ödənilməli olsa da, yanvara qədər hesabına hər ay üçün 400 manat məvacib köçürülüb. "Şəhərlilər" ASTA ilə tərəfdaşlıq sazişi imzalayandan, rəhbər dəyişikliyi reallaşandan sonra isə Namiq bəylə əməkdaşlığa son qoyulub. Artıq AFFA İbrahimlinin şikayəti ilə bağlı klubu məlumatlandırıb.
Qeyd edək ki, daha öncə eyni dönəmdə qapıçılarla iş üzrə məşqçi qismində çalışan Elnar Kərimov da "Mingəçevir"dən AFFA-ya şikayət etmişdi. Hazırda Kərimov komandanın yeni baş məşqçisi Ramiz Məmmədovun köməkçilərindən biridir.
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 15 İyul 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















