Birjada qiymətin düşməsindən necə qazanmaq olar?
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Bakı Avrasiya Universitetində (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin İqtisadiyyat kafedrasının və “İnvestAZ” investisiya şirkətinin birgə təşkilatçılığı ilə “Birjada qiymətin düşməsindən necə qazanmaq olar? – müasir yatırım imkanları” mövzusunda seminar təşkil olunub.
Newscenter.az xəbər verir ki, sözügedən seminarın təşkilinin məqsədi BAAU-nun tələbələrinin qlobal maliyyə bazarları haqqında nəzəri və praktiki biliklərini genişləndirmək, həmçinin investisiya sahəsində analitik bacarıqlarını inkişaf etdirmək olub.
Seminarın əsas məruzəçisi, “İnvestAZ” investisiya şirkətinin Tədris və analitika departamentinin baş mütəxəssisi Rövşən Məmmədov kapital bazarlarında qiymət dinamikasının əsas prinsipləri, eniş dövrlərində tətbiq olunan investisiya metodları, risklərin proqnozlaşdırılması və idarə edilməsi mexanizmləri barədə geniş təqdimatla çıxış edib. O, həmçinin beynəlxalq maliyyə trendlərinin yerli bazara təsirindən, investor davranışlarında analitik yanaşmanın rolundan və rəqəmsal alətlərin tətbiq imkanlarından bəhs edib.
Seminar zamanı iştirakçılara real bazar nümunələri əsasında qısa satış strategiyaları, müxtəlif investisiya modelləri və maliyyə qərarlarının optimallaşdırılması ilə bağlı praktik izahlar təqdim olunub.
Seminar interaktiv şəkildə davam edib və tələbələrin sualları cavablandırılıb.
Cavid
Bu mövzuda digər xəbərlər:Avropada birjada qazın qiyməti KƏSKİN ARTDI
01 Yanvar 2025 09:12
Birjada qızılın qiyməti rekord səviyyəyə çatıb
02 Sentyabr 2025 12:28
Birjada dizel yanacağına məhdudiyyət qoyula bilər
25 Sentyabr 2025 16:20
Futbol birjada: Avropanın hansı klubları səhmlərini satır?
20 Aprel 2025 18:28
Birjada SON durum: Dollar ucuzlaşır, qızıl BAHALAŞIR...
04 Avqust 2025 20:38
Baxış sayı:86
Bu xəbər 03 Dekabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















