Icma.az
close
up
RU
“Birjalardakı dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir”

“Birjalardakı dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vüqar Bayramov: “Neftin mövcud qiymətləri Azərbaycan üçün də arzuolunan deyil”

“Qlobal ticarət müharibələrinin təsirləri birjalardan da yan keçməyib. Neft bazarında da çaxnaşma dərinləşib. Hazırda hər bareli 61 dollara təklif edilən Brent markalı neft son 3 ayda 31.0, son 1 həftədə isə 20.0 faiz dəyər itirib. Hazırda neftin qiyməti COVİD-19 pandemiyasından sonra ən aşağı səviyyədədir”.
“Xalq Cəbhəsi”nin məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
V.Bayramov bildirib ki, “qara qızılın” qiyməti ilə bağlı proqnozlar da kifayət qədər bədbindir: “ABŞ-in qarşılıqlı tarif qərarı qlobal ticarətdə 330 milyard dollarlıq azalma gözləntisi ilə yanaşı, dünya iqtisadiyyatında yeni tənəzzül dövrünün başlaması riski yaradıb. “Goldman Sachs” təhlilçiləri neftin bir barelinin qiymətinin 40 dollaradək azalacağını istisna etmirlər.
Neftin qiymətinin azalmasına Azərbaycana təsirlərinə gəldikdə isə, ixracatımızın 80 faizinin xam neft təşkil etdiyini nəzərə alsaq birjalardakı dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir. O baxımdan mövcud qiymətlər Azərbaycan üçün də arzuolunan deyil. Sözsüz ki, neftin dünya bazar qiymətinə qısamüddətli deyil, eyni zamanda uzunmüddətli dövrdə baxılmasına ehtiyac var. Xüsusilə yarımillik və illik müddətdə orta qiymət çox önəmlidir”.
Onun sözlərinə görə, aşağı neft qiymətlərinin sosial ödənişlərə təsirlərinə gəldikdə isə sosial xərclərlə bağlı hər hansı azalma gözlənilmir: “Büdcə xərclərində sosial ödənişlərin payı 41.0 faizdir. Büdcənin qeyri-neft gəlirləri 51.0 faizdir. Fiskal neft gəlirlərimizin əhəmiyyətli hissəsini təşkil edən Dövlət Neft Fondunun büdcə transfertəri 2025-ci ildə 14 milyard 481 milyon manat nəzərdə tutulub. Neft fondunun aktivlərinin 60.0 milyard dollardan çox olduğunu nəzərə alsaq büdcə transfertləri üçün hər hansı çətinliyin olmaması aydınlaşır. Bu da bütün sosial layihələrin vaxtında maliyəlləşdirməsinə imkan verir. Bu baxımdan, neftin aşağı qiymətləri 2025-ci ildə sosial öhdəliklər üçün hər hansı çətinlik yaratmır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Aprel 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri