Birjaların gözü Trampda Çıxışı qızılın qiymətini müəyyənləşdirəcək
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünya birjalarının gözü ABŞ Prezidenti Donal Trampın bu gecə açıqlayacağı yeni gömrük rüsumlarındadır. Xüsusilə, vergilərin qızılın qiymətini istiqamətləndirəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, ticarət müharibəsinin rəsmən start götürməsi artıq qlobal bazarlarda təşvişə səbəb olub. Bu prosesdə təhlükəsiz sığınacaq hesab edilən qızılın dəyəri yenə də yüksəliş trendindədir. İlin ilk rübündə qiymətli metalın unsiyası 20% bahalaşıb.
Bu günkü iqtisadi şərtləri və açıqlamalar nəzərə alındıqda qızılın qiymətinin orta və uzunmüddətli dövrdə hər ay rekordu yeniləyəcəyi gözlənilir.
"Bank of America" nın analitikləri hesab edir ki, qızıl yaxın iki ildə 3500 dollara qədər bahalaşacaq. Rəylərə görə, yüksək volatillik həm də investorlar, Mərkəzi Banklar və çinli sığortaçıların artan tələbi ilə bağlıdır.
"Morninqstar"a görə, əmtəə yönümlü fondlarda fevral ayında 4,7 milyard dollar vəsait daxil olub. Bunun da 3,4 milyard dolları SPDR Gold Shares ETF-dən (GLD) daxil olub.
Ekspertlər xəbərdarlıq edir ki, ticarət tarifləri ilə bağlı iqtisadi qeyri-müəyyənlik və geosiyasi gərginlik qızılın qiymət artımını daha da sürətləndirə bilər.
Qeyd edək ki, Tramp tarifləri Bakı vaxtı ilə 00:00-da açıqlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 02 Aprel 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















