Icma.az
close
up
RU
Birləşmiş Çərkəz Şurasından dünyaya çağırış: “Çərkəz soyqırımı tanınmalıdır!”

Birləşmiş Çərkəz Şurasından dünyaya çağırış: “Çərkəz soyqırımı tanınmalıdır!”

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Birləşmiş Çərkəz Şurası dünya ictimaiyyətinə müraciət edərək Çar Rusiyası tərəfindən həyata keçirilən Çərkəz soyqırımının rəsmi şəkildə tanınmasını istəyib. Təşkilatın bəyanatında qeyd olunur ki, 7 milyonluq Çərkəz diasporu bu tarixi ədalətsizliyin beynəlxalq səviyyədə tanınması uğrunda mübarizəni davam etdirir.
Bəyanatda həmçinin qeyd edilir ki, bu günə qədər Gürcüstan, Şərqi Türküstan (sürgündəki hökumət) və Ukrayna Çərkəz soyqırımını rəsmən tanımış ölkələr sırasındadır. Şura 2023-cü ildən bəri onlarla ölkənin parlamentinə rəsmi müraciət ünvanlayıb və bu çağırışını yeniləyir.
Birlik, BMT, Avropa İttifaqı, ABŞ, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və UNESCO daxil olmaqla bütün beynəlxalq qurumları bu prosesə dəstək verməyə dəvət edir.
Modern.az həmin bəyanatın tam mətnini təqdim edir:

"Biz diaspor çərkəzləri olaraq, Çar Rusiyasının həyata keçirdiyi soyqırımı və kütləvi sürgün nəticəsində dünyanın müxtəlif regionlarına səpələnmiş 7 milyon nəfərlik bir xalqıq.
Çərkəz soyqırımı ilə bağlı hazırlanmış tanıtım kitabçasının türk və ingilis dillərində olan versiyası əlavə olunur.

Tarixi Çərkəz ərazisi - şimaldan Don çayı, şimal-şərqdən Manıç çayı, şərqdən Dağıstan, Çeçenistan, İnquşetiya və Şimali Osetiya (Mozdok bölgəsi Çərkəz sərhədləri daxilində qalacaq şəkildə), cənub-şərqdən Qafqaz dağ silsiləsi və Abxaziya, cənubdan Qara dəniz, qərbdən isə Azov dənizi ilə əhatə olunan və 190.000 km²-lik sahəni əhatə edən tarixi vətənimizi təşkil edir.

İndiyədək Çərkəz soyqırımı aşağıda adları qeyd edilən ölkələrin hökumətləri tərəfindən rəsmi şəkildə tanınmışdır:

Gürcüstan – 20.05.2011

Şərqi Türküstan (sürgündəki hökumət) – 17.05.2023

Ukrayna – 01.09.2025

Birləşmiş Çərkəz Şurası olaraq 2023-cü ildə aşağıda adları qeyd olunan ölkələrin parlamentlərinə rəsmi müraciətlər ünvanlamış və Çərkəz soyqırımını tanımalarını istəmişik. Bu gün həmin ölkələrə ünvanladığımız çağırışı bir daha təkrarlayırıq:

Rəsmi müraciət edilən ölkələr (15.05.2023 tarixindən etibarən):
Albaniya, Andorra, Avstriya, Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Cənubi Kipr Yunan Respublikası, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova Respublikası, Monako, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Birləşmiş Krallıq, Kanada, Vatikan, İsrail, Yaponiya, Meksika, ABŞ, Kosovo (18.05.2023), Ermənistan.

Ətraflı məlumat və təqdim olunmuş xəritə üçün:
//www.united-circassia.org/tr/circassian-genocide-recognition-and-submission-map

Bu çağırışı Birləşmiş Çərkəz Şurası olaraq bütün çərkəz diasporu adından səsləndirir və Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, beynəlxalq insan hüquqları təşkilatları və yuxarıda qeyd olunan azad dünya dövlətlərini dəstək verməyə dəvət edirik.

7 milyonluq diaspor çərkəzi adından
Birləşmiş Çərkəz Şurasının başqanı
Balkar Selçuk Bağlar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri