Icma.az
close
up
RU
“Birləşmiş Ərəb Əmirlikləri də bu dost dövlətlər sırasına daxildir” POLİTOLOQ

“Birləşmiş Ərəb Əmirlikləri də bu dost dövlətlər sırasına daxildir” POLİTOLOQ

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Şübhəsiz ki, hər imzalanan yeni sənəd həm hüquqi-normativ bazanı möhkəmləndirir, həm əməkdaşlıq üçün yeni istiqamətlər açır, həm də ticarət, iqtisadiyyat, logistika, enerji və sərmayə sahələrində qarşıdakı illərdə mühüm işlərin həyata keçirilməsinə şərait yaradır. Yeni layihələrin işə başlamasının şahidi olacağıq. Bu, Azərbaycan üçün məşğulluğun təmin olunması, ölkəyə valyuta axınının təmin edilməsi və qarşılıqlı münasibətlərin inkişafının stimullaşdırılması deməkdir”.

Bu fikirləri Gununsesi.info-ya politoloq İlyas Hüseynov bildirib:

“Birləşmiş Ərəb Əmirlikləri dünyanın müxtəlif bölgələrində sərmayə qoyaraq layihələr həyata keçirir və Azərbaycan da, xüsusilə işğaldan azad olunmuş ərazilərdə, bu layihələrin daha da inkişafında maraqlıdır.

Xüsusilə kənd təsərrüfatı sahəsində innovativ yanaşmalar diqqət çəkir. Alternativ və bərpa olunan enerji sahəsində də böyük potensial mövcuddur. Şübhəsiz ki, Zəngəzur dəhlizinin işə başlaması Körfəz ölkələri üçün də yeni imkanlar yaradır. Hind Okeanı və Fars Körfəzi vasitəsilə əlaqələrdə sıx bağlantılar formalaşır.

Bugün dünyanın nəqliyyat coğrafiyasında ciddi böhran mövcuddur. Ticarət gəmilərinə hücumlar, sanksiyalar, məhdudiyyətlər və müxtəlif embarqolar alternativ marşrutların zəruriliyini yaradır”.

Politoloq vurğulayıb ki, bu kontekstdə, Azərbaycanın yerləşdiyi geostrateji bölgə də böyük maraq toqquşmalarının mərkəzindədir.

“Əsas məqsədimiz burada maraqların uzlaşdırılması, geniş coğrafiyada əməkdaşlığın təşviq edilməsi və bölgələr arasında etibarlı bağlantıların formalaşdırılmasıdır. Bu, yalnız şərq ilə qərb arasında əlaqə demək deyil. Həm də cənub-şərq, şimal-cənub və şimal-qərb istiqamətlərində şaxələnmiş marşrutların diversifikasiyasını nəzərdə tutur.

Bu baxımdan, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri və digər tərəfdaşlar üçün dayanıqlı, etibarlı və fasiləsiz nəqliyyat axınlarında aktiv rol almaq və pay sahibi olmaq imkanına malikdir ki, bu da region üçün strateji əhəmiyyət kəsb edir.

Cənab Prezident İlham Əliyev Vətən Müharibəsindən sonra verdiyi ilkin bəyanatında bildirmişdi ki, Azərbaycan, onun haqq işini müdafiə edən və dost olan dövlətlərlə əməkdaşlıq edəcək. Sonrakı dövrdə isə bu istiqamətdə addım-addım fəaliyyət təşkil olunub və Birləşmiş Ərəb Əmirlikləri də bu dost dövlətlər sırasına daxildir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Sentyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri