Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 4 sentyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə onlayn formatda görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.
Qeyd olunub ki, bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” ticarətin asanlaşdırılmasında, iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq.
Tərəflər həyata keçirilən birgə layihələr, energetika üzrə tərəfdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 04 Sentyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















