Icma.az
close
up
RU
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və Dubaydakı baş konsulluğunun təşkilatçılığı ilə Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Əbu-Dabi və Dubayda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının üzvləri və Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri, Əbu-Dabi və Dubay Əmirliklərinin hakim ailələrinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız, media nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsindən bəhs edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə cəmi 44 gün ərzində Azərbaycan Ordusunun Zəfəri təmin etdiyini və müharibənin işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndiyini qeyd edib.

Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov çıxışında vurğulayıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin bir istiqamətini yaşayış yerlərinin bərpası təşkil edir. Artıq bu sahədə bəzi layihələrin icrası başa çatıb və öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərimiz əzəli torpaqlarına geri dönüblər.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş müvəqqəti köçkünlərin öz doğma yurdlarına qaytarılması istiqamətində həyata keçirilən “Böyük Qayıdış” proqramı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində infrastruktur yollarının tamamlanma mərhələsində olduğu və Azərbaycanın regionda dayanıqlı sülhə və tərəqqiyə nail olunması üçün göstərdiyi səylər barədə ətraflı məlumat verilib.

Tədbir konsert proqramı ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri