Icma.az
close
up
RU
Birləşmiş Krallıqda təhsil alacaq Dövlət Proqramı təqaüdçüləri ilə görüş

Birləşmiş Krallıqda təhsil alacaq Dövlət Proqramı təqaüdçüləri ilə görüş

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 8 sentyabr, AZƏRTAC

2026/2027-ci tədris ili üzrə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanan Dövlət Proqramı təqaüdçüləri ilə onlayn görüş keçirilib.

Bu barədə AZƏRTAC- Dövlət Proqramı İdarəetmə Qrupundan məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin təşəbbüsü ilə təşkil olunan görüşdə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, səfirliyin təhsil məsələləri üzrə müşaviri Rəşad Xanlarov, siyasi məsələlər üzrə məsul əməkdaşı Eltay Aslanov və konsulluq məsələləri üzrə məsul əməkdaşı Kamal Binyatlı iştirak ediblər.

Görüş zamanı təqaüdçülərə Birləşmiş Krallığa yola düşməzdən əvvəl görülməsi zəruri olan işlər, viza prosedurlarına hazırlıq, təhsil ölkəsində ilk günlərdə qarşılaşa biləcəkləri məsələlər barədə ətraflı məlumat verilib.

Tələbələrə yeni mühitə daha sürətli uyğunlaşmaq və təhsil prosesinə uğurla başlamaq üçün tövsiyələr verilib.

Görüş çərçivəsində Birləşmiş Krallığın ali təhsil sistemi və akademik mühitinin əsas xüsusiyyətləri, mövcud təhsil mədəniyyəti və tələbələrdən gözləntilər barədə də məlumat verilib. Gənclərə akademik məsləhətçilərlə mütəmadi əlaqə saxlamaq, universitetin qiymətləndirmə qaydaları ilə əvvəlcədən tanış olmaq və akademik tapşırıqların son təqdimetmə tarixlərini diqqətlə izləmək tövsiyə edilib.

Həmçinin tələbələrin ehtiyac yarandığı hallarda müraciət edə biləcəkləri dəstək mexanizmləri və müvafiq qurumlar barədə məlumat təqdim olunub.

Səfirliyin azərbaycanlı tələbələrə akademik və konsulluq məsələləri, icma ilə əlaqələrin qurulması, eləcə də milli-mədəni təşəbbüslərin həyata keçirilməsi istiqamətlərində dəstək göstərməyə hazır olduğu bildirilib.

Görüşün sonunda təqaüdçülərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri