Icma.az
close
up
RU
BİRLƏŞMİŞ ŞTATLAR İÇ SAVAŞIN ASTANASINDA Tramp stavkanı ən yüksək pərdəyə qaldırır və...

BİRLƏŞMİŞ ŞTATLAR İÇ SAVAŞIN ASTANASINDA Tramp stavkanı ən yüksək pərdəyə qaldırır və...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti FED üzərində nəzarəti “böyük ailələrin” əlindən almağa cəhd edir

Namiq Bilal

ABŞ-də heç görmədiyimiz daxili çəkişmələr baş verir. Bu çəkişmələrin fitilini yandıran faktor Donald Trampın prezident seçilməsi oldu. Əslində, Tramp iç çəkişmələrin səbəbkarı deyil. Tam tərsinə, Trampın prezidentliyi respublikaçıları və demokratları dəstəkləyən böyük güc mərkəzləri arasında meydana gələn çox dərin uçurumun nəticəsidir. Respublikaçıların əsas tabanı ağ amerikalılar və real sənaye-istehsal sektorudur. Demokratlar isə bank-maliyyə sektoruna və miqrantlara söykənən qlobal qurumları təmsil edir.

İdeoloji baxımdan Tramp ənənəvi və xristian dəyərlərini əsas tutan qrupları təmsil edir. Demokratlarla birlik halında olan qlobalçıların yürütdüyü ideoloji siyasəti isə qısa tezislər şəklində belə göstərmək olar:

-˝ailə olmasın, cinslər olmasın, LQBT olsun˝;

-˝dövlətlərin əhalisi miqrantlarla qarışdırılsın, bir millətin çoxluq təşkil etdiyi milli dövlətlər olmasın”;

-˝dinlər olmasın˝.

Göstərilən iki güc mərkəzi arasındakı uçurum həm iqtisadi, həm də ideoloji müstəvidə hər keçən gün daha da dərinləşir. Tramp taxta oturduğu ilk gün ˝Amerikada cəmi iki cins var˝ deyərək bürokratik aparatda və orduda LQBT-yə qarşı mübarizə açdı.


Digər tərəfdən, yeni perzident qlobalçıların fövqəladə əhəmiyyət verdiyi iqlim dəyişikliyi siyasətini kökündən baltaladı, bu siyasəti ˝yaşıl dəyişim yox, yaşıl fırıldaqçılıq˝ adlandırdı və ABŞ-ni Paris iqlim sazişindən çıxardı. Trampın miqrantlara qarşı yürütdüyü siyasət də demokrat-qlobalçıların ˝dövlətin əsas millətini miqrantlar içərisində əritmək˝ çabalarını zora soxur.

Son günlər isə Tramp bir qədər də irəli gedərək ABŞ mərkəzi bankını əvəz edən FED üzərindəki nəzarəti öz əlinə almaq istəyir. ˝The Wall Street Journal˝-ın yaydığı məlumata görə, Tramp komandasında FED-ə nəzərət funksiyalarının prezidentə verilməsi məsələsi ciddi şəkildə müzakirə olunur.


Tramp özü də Amerika iqtisadiyyatının bütün problemlərinin FED-dən qaynaqlandığını iddia edir: ˝Əgər FED gender oyunbazlıqlarına, yaşıl energetikaya, iqlim dəyişikliyi fırıldaqçılığına böyük yatırımlar qoymasaydı, Amerika iqtisadiyyatı belə problemlərlə üzləşməzdi˝.

Məlumat üçün qeyd edək ki, FED dövlət bankı deyil, 12 regional rezrv bankın təsisçiliyi ilə yaradılmış aksioner sistemdir. Həmin rezerv bankların aksionerləri də fiziki şəxslərdir. ABŞ Konqresinin FED üzərində formal nəzarəti olsa da, bu qurum öz qərarlarını verməkdə sərbəstdir. Daha doğrusu, FED-i ABŞ dövləti deyil, rezerv bankların aksiyalarını əllərində saxlayan böyük ailələr yönəldirlər. Qlobalçı demokratların da həmin ailələrlə sıx bağları haqqında çox geniş yayılmış məlumatlar var. İndi Tramp stavkanı ən yüksək pərdəyə qaldırıb və bütün dünyanı dollar asılılığında saxlayan FED-i qarşı cinahın əlindən almaq istəyir. Həm Konqresin, həm Senatın, həm də prezident kürsüsünün respublikaçıların nəzarətində olması FED haqqında qanunu dəyişməyə imkan yaradır.


FED dünya idarəçiliyi qurmaq iddiasında olan (bunu özləri də aşkar şəkildə ifadə edirlər) qlobalçı qruplaşmanın əlindəki ən əhəmiyyətli alətdir. FED-ə nəzarət dünya puluna nəzarət deməkdir. FED üzərində nəzarət böyük ailələrin əlindən alınarsa, bu, qlobalçı qruplaşmaların da sonunu gətirə bilər. FED-in qlobalçı qrupların əlindən alınması cəhdi o qədər böyük həmlədir ki, bu, ABŞ-dəki çəkişmələri iç savaşa qədər sürükləyə bilər. Bu savaşın ilk addımları sayıla biləcək bəzi faktlara diqqət yetirək.

Birinci fakt. Trampa qarşı dalbadal həyata keçirilən sui-qəsd cəhdləri. Cəhdlər alınmadı və Tramp Amerikadakı böyük dəyişikliklər üçün “Tanrının onu qoruduğunu” iddia edir.

İkinci fakt. Las Veqasda Trampın oteli önündə İlon Maska məxsus şirkətin istehsalı olan “Tesla” avtomobilinin partladılması. Teraktı hərbçi törədib. Bu aktın həm Trampa, həm də Maska basqı olduğu şübhə doğurmur.

Üçüncü fakt. Vaşinqtonda helikopterlə sərnişin təyyarəsinin toqquşması. Dispetçer qülləsi çox şübhəli şəkildə qəzaya mane olmayıb. Verilən izahatda dispetçer sayının yetərli olmadığı bildirilib. Bütün dövlət orqanlarının yerləşdiyi Vaşinqtonda hərbi helikopter sərnişin təyyarəsinə çırpılır, ˝dispetçer sayı azdır˝ deyib məsələni qapadırlar. Bəzi ekspertlər bu sirli qəzanı Trampa yönəlik sərt xəbərdarlıq kimi dəyərləndirirlər. Unutmayaq ki, ABŞ-də prezidentlərə qarşı sui-qəsdlər dəfələrlə baş verib…

Dördüncü fakt. Los Ancelesdə Trampın anti-miqrant siyasətinə qarşı böyük kütləvi aksiyalar təşkil olunur. Bu aksiyanı maraqlı edən məqam odur ki, hansısa görünməz əllər müxtəlif şəhərlərdən avtobuslarla Los Ancelesə etirazçı daşıyır.

Beşinci fakt. Trampın özünün rəqiblərinə qarşı başlatdığı misli görünməmiş ˝əcinnə ovu˝. Yüzlərlə hərbiçi, diplomat, kəşfiyyatçı, prokuror hər hansı izahat verilmədən işdən qovulur. Həmin vəzifələrə Trampa loyal olanlar gətirilir. KİV-lərdə gedən çoxsaylı məlumatlara görə, bu ˝təmizləmə əməliyyatları˝ təhlükəsizlik orqanları içərisində ciddi narahatlıq və narazılıq doğurur.

Birləşmiş Ştatlarda baş verənlər onu söyləməyə əsas verir ki, ölkə daxilindəki iç gərginlik böyük ölçüdə artır. Bu gərginlik iki böyük partiya arasındakı siyasi çəkişmə olmaqdan çıxıb və cəmiyyətin iki böyük kəsimini təmsil edən qüdrətli qruplaşmalar arasındakı ölüm-qalım savaşına çevrilməkdədir. Ziddiyyətlər çox dərindir. Belə vəziyyətdə tərəflərdən birinin digərinə güzəştə getməsi və güzəştə gedənin səhnədən silinməsi ilə nəticələnə bilər. Möcüzə baş verməsə və tərəflər qarşılıqlı güzəştlərlə barış əldə edə bilməsələr, ABŞ öz enerjisini uzun illər boyunca daxili savaşlara xərcləməli olacaq.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Fevral 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri