Birlik əməkdaşları ailə üzvləri ilə Nəbatat Bağında Fotolar
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Mərkəzi Nəbatat Bağına ekskursiya baş tutub.
“Qafqazinfo” xəbər verir ki, gəzinti zamanı ümumilikdə 96 nəfər Mərkəzi Nəbatat Bağının imkanlarından yararlanıb.
Əməkdaşlar və onların ailə üzvləri burada müasir tələblərə cavab verən yeni oranjereyalar, göl kompleksi və müxtəlif ekspozisiyalarla tanış olublar. Ekskursiya çərçivəsində xarici ölkələrdən gətirilmiş, xüsusi şəraitdə bəslənən müxtəlif növ nadir dekorativ ağaclar, kol və güllərə də baxış keçirilib.
Məlumat üçün bildirək ki, dövlət başçısının müvafiq sərəncamı ilə 46 hektar sahəsi olan Mərkəzi Nəbatat Bağında əsaslı abadlıq, yenidənqurma işləri aparılıb və yenidən istifadəyə verilib.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 29 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















