Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Birlik və həmrəylikdən keçən tarixi yol

Birlik və həmrəylikdən keçən tarixi yol

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan diasporunun inkişafı kontekstində

Diaspor,  onun yaranma tarixi, fəaliyyəti, dünya siyasətinə təsir qüvvəsi kimi, bu gün hər bir kəsin marağına  səbəb ola biləcək  aktual mövzulardandır. İlkin olaraq qeyd etmək lazımdır ki,  diasporun nəzəri tədqiqi və müqayisəli təhlili üçün bir çox elmi cəhdlər edilmişdir və öncə bu terminin yaranma tarixinə nəzər yetirilmişdir. Etnik və milli xarakter daşıyan diaspor fenomeni bəşəriyyətin təkamül etdiyi ilk gündən təzahür etməyə başlamışdır. Bu anlayış əsasən özünün ənənəvi vətənini tərk etmiş və dünyanın müxtəlif ölkələrində məskunlaşmış istənilən millətə və ya etnik qrupa şamil olunur.
Diaspor əsasən məcburi miqrasiya, genosid təhlükəsi, iqtisadi və coğrafi amillərin  təsiri nəticəsində yaranmışdır. “Diaspor” anlayışı ilk dəfə olaraq e.ə. VI əsrin əvvəllərində  yəhudilərin  Babilistan padşahı  II Navuxodonosor və sonralar isə bizim eranın I–II əsrlərində onların romalılar tərəfindən qovulub Fələstindən kənarda yaşamaları ilə əlaqədar işlənmişdir.  Zaman keçdikcə “diaspor” termini təkcə yəhudilərə deyil, öz yaşayış yerlərindən qovulmuş digər xalqlara da  şamil edilmişdir. Beləliklə, ilkin mənasında öz yurd-yuvalarından qovulmuş yəhudilərin əzab və iztirablarını əks etdirən “diaspor” termini, sonralar başqa mənalar  kəsb etməyə başlamışdır. Özünün ilkin faciəvi məzmununu itirən bu termin, sonralar digər mədəni dairələrdə yaşayan bütün etnik qrupları əhatə etmişdir. Konseptin tarixi çox qədim olsa da, onun mənası hələ də müzakirələrə açıqdır. 
“Diaspor”  termini  XX əsrin 80-ci illərindən geniş yayılsa da bu dövrdə baş verən ictimai-siyasi hadisələrlə, zamanla sözün mənası da dəyişmişdir. Beləliklə, diaspor sadəcə tipik məcburi miqrasiya deyil, hər hansı səbəbdən mənsub olduğu vətənlərindən kənarda yaşayan toplumları ifadə edən bir anlayışa çevrilmişdir. “Müasir diaspor” anlayışı “klassik diaspor”da işlədilən sürgün, soyqırımı,  məcburi köç kimi səbəblər nəticəsində vətənini tərk edib, digər ölkələrdə yaşamaq məcburiyyətində qalan insanları təsvir edirdisə, bu gün bu anlayış formalaşmağa başlayıb. 
Amerikanın məşhur etnik məsələlər üzrə tədqiqatçısı Volker Konner “diaspor” anlayışına belə izah verir: “Ana vətənlərindən kənarda yaşayan əhali kütləsi” 
Tədqiqatçı alimlərin izahatlarından belə nəticəyə gəlirik ki,  “Vətən” anlayışı hər bir diasporun fəaliyyətində  və mövcud olmasında başlıca əhəmiyyət daşıyır. Diaspor, sadəcə, fərdlərdən ibarət deyil, onun formalaşması üçün xalqın xaricdəki nümayəndələrinin yaşadıqları ölkədə həmrəylik nümayiş etdirməsi, bir-biri və vətənləri ilə sıx əlaqə yaratması, öz milli kimliklərini, mədəniyyətlərini qorumaq üçün sosial institutlar yaratması vacibdir.
Hazırda diasporların formalaşma prosesi o qədər geniş miqyas almışdır ki,  dünyada elə bir ölkə tapmaq mümkün deyil ki, orada başqa xalqın diasporu olmasın. Digər xalqlarla müqayisədə azərbaycanlıların doğma torpağa daha sıx bağlılığı üzündən vətəni tərk edib xarici ölkələrdə  yaşamaları  etnik-mənəvi baxımdan daha ağrılı olmuşdur. Mənəvi köklərə söykənən amil Azərbaycan diasporunun yaranmasının nə qədər qədim tarixə malik olduğunun göstəricisidir. Tarixin müxtəlif dövrlərində  bir çox səbəblər üzündən baş vermiş  miqrasiya prosesləri Azərbaycan diasporunun formalaşmasına səbəb olmuşdur. Azərbaycan diasporunun formalaşması – yaranma tarixinin öyrənilməsi Azərbaycan tarixşünaslığında böyük əhəmiyyət kəsb edir.
Xarici ölkələrdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin qurulması və Azərbaycan diasporunun formalaşmasında 1946-cı ildə Bakıda yaradılmış Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti mühüm rol oynayır. Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi nəzarəti altında fəaliyyət göstərən bu qurumun əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə də ziyalı təbəqəsinin Azərbaycanla əlaqəsinin qurulması idi. Həmin illərdə Azərbaycan diasporunun formalaşmasında xalqımızın görkəmli ziyalılarının böyük fəaliyyəti olub. Görülən işlərin ictimailəşdirilməsi üçün 1960-cı ildə cəmiyyətin nəzdində “Vətənin səsi” adlı qəzet nəşr edilmişdir. Bu qəzet vasitəsilə tarixi vətənlə bağlı məlumatlar AFR və İsveçrədə  yaşayan azərbaycanlıların birliklərinə və digər ölkələrdə yaşayan həmvətənlərimizə çatdırılırdı. Bu materiallar əsasında AFR, İsveçrədə  və digər ölkələrdəki Azərbaycan birlikləri tərəfindən Vətənə həsr olunmuş mədəni tədbirlər təşkil edilirdi.
XX əsrin 70–80-ci illərindən başlayaraq artıq Azərbaycan diasporunun zəif də olsa addımları eşidilməyə başlamışdır. Lakin həmin dövrdə bu diaspor Vətənlə sıx əlaqə saxlaya bilmirdi, buna görə də bir çox siyasi-iqtisadi, sosial-mənəvi problemlərini istənilən səviyyədə həll etmək iqtidarında deyildi. 1969-cu ildə ümumilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən respublikanın həyatında ictimai şüurun, milli özünüdərkin təşəkkülündə yeni bir mərhələnin əsasını qoydu.
XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində inkişaf, mənəvi mühitin sağlamlaşdırılması, bütövlükdə ölkədə milli özünüdərk prosesinin təkamülünə böyük təkan verdi. 70–80-ci illərdə Heydər Əliyev qətiyyətini, müdrikliyini və cəsarətini xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına yönəltmişdir.
Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək imkandan tam səmərə ilə istifadə olunurdu.  Xarici ölkələrlə mədəni əlaqələrin qurulması, xaricdə yaşayan həmvətənlərlə “Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti” (AMƏC) yaradılması soydaşlarımızın birliyinə və Vətənlə ayrılmaz tellərlə bağlanmasına mühüm töhfələrdən biri idi.
Bu baxımdan  AMƏC-in nəşrlərinin üzərində dayanmaq yerinə düşər. 1978-ci ildən başlayaraq cəmiyyət 7 dildə  (rus, ingilis, ərəb, fars, fransız və türk) – “Azərbaycan bu gün” bülleteninin nəşrinə başladı. Bülletenin səhifələrində Azərbaycanın iqtisadi, elmi, mədəni və sosial həyatını əks etdirən materiallar yer alırdı. Bülleten dünyanın 120 ölkəsindəki 860 ünvana göndərilirdi. 1975-ci ildə isə “Azərbaycan bu gün” bülleteni ildə 6 dəfə nəşr olunurdu. Axırıncı 3 il ərzində bülletenin 19 nömrəsi nəşr edilmişdir, hansı ki, ötən 8 il ərzində cəmi 13 nömrə buraxılmışdır. Səməd Vurğunun əsərləri, bədii plakatlar, afişalar da cəmiyyətin sifarişi ilə ingilis, fransız, ərəb dillərində bülletenə əlavə kimi çap olunaraq xarici ölkələrdəki Azərbaycan birliklərinə çatdırılırdı.
Cəmiyyətin “Vətənin səsi” qəzeti 1982-ci ildən “Odlar Yurdu” adı altında fəaliyyətə başlayaraq ərəb, kiril, latın qrafikasında çap olunur və xaricdə artıq diaspor hərəkatının güclənməyə başladığı ölkələrə və cəmiyyətlərə pulsuz paylanırdı. Burada əvvəlki illərdən fərqli olaraq SSRI DTK-nin təsiri bir o qədər də hiss olunmurdu və əsas üstünlük verilən materiallar ədəbi, mədəni və elmi xarakterli idi. Cəmiyyət müstəqillik qazandıqca xarici ölkələrdə kütləvi tədbirlər silsiləsinə başlandı. Əlbəttə, bu işdə ümumilli lider Heydər Əliyevin fəaliyyətini xüsusi qiymətləndirərək qeyd etmək lazımdır ki, bütün sahələrdə qazanılan uğurlarla yanaşı, soydaşlarımızın Vətənlə əlaqələrinin təşkilində fəaliyyətin canlanması Azərbaycanı digər respublikalar içərisində fərqləndirirdi. 1986–1992-ci illərdə “Vətən” cəmiyyəti müxtəlif xarici ölkələrdə 50-dək Azərbaycan mədəniyyət mərkəzi, dərnək, ocaq, cəmiyyət və s. birliklər yaratmışdı. Bu sahədə “Yurddaş”, “Tanıtım”, “Bakılı”, “Sodrujestvo” kimi cəmiyyətlər də xüsusi fəallıq nümayiş etdirirdi.  Lakin əsas reallıq isə ondan ibarət idi ki, dünya azərbaycanlıları sayca çox olsalar da pərakəndə və dağınıq şəkildə yaşamış, yaratdıqları təşkilatlar arasında isə əlaqələr zəif olmuşdur.
XX əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında baş verən hadisələr, erməni işğalçılarının ölkəmizin ayrılmaz parçası olan Dağlıq Qarabağın ərazisinin qəsb edilməsinə yönəldilmiş terror-təxribat aksiyaları, 1990-cı il 20 Yanvar faciəsi xalqın milli azadlıq hərəkatının güclənməsinə zəmin yaratmış oldu. Bu hadisələr dünya azərbaycanlılarının harada yaşamasından asılı olmayaraq ictimai fəallıqlarının artmasına təkan verdi və vahid qüvvə kimi birləşdirdi. Heydər Əliyev belə bir mürəkkəb vəziyyətdə vətəndaş mövqeyi və Vətən təəssübkeşliyi nümayiş etdirərək, 20 Yanvar faciəsi ilə bağlı Moskvada etiraz səsini ucaltdı, dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi ölkənin, xalqın taleyi üçün tarixi məsuliyyət daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi. 
1991-ci ildə Sovet  İttifaqının dağılması və Azərbaycanın 1920-ci ildə itirilmiş müstəqilliyini bərpa etməsi ilə yanaşı, xarici ölkələrdə yaşayan soydaşlarımızın diaspor halında fəaliyyət göstərməsi və təşkilatlanmasında geniş perspektivlər açıldı.
Bütün fəaliyyəti boyu dünya azərbaycanlıları arasında milli həmrəyliyin yaranmasını və güclənməsini arzulayan, bu sahədə hələ Sovetlər dövründə konkret addımlar atan  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev 1991-ci il 31 dekabr gününün Azərbaycan tarixinə Milli Həmrəylik günü kimi daxil olmasının təşəbbüskarı kimi çıxış etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında  Heydər Əliyevin bu təşəbbüsü əsasında Milli Həmrəylik və Birlik Gününün təsis olunması ilə bağlı qərar qəbul edildi.  Qərarda göstərilirdi ki, Naxçıvanda təşkil olunan “Sərhəd Hərəkatı” Azərbaycanı iki yerə bölündüyü 150 ildən artıq bir dövr ərzində ilk dəfə olaraq Arazın hər iki tayında olan həmvətənlərin ünsiyyətini yaratdı. 1989-cu il dekabrın 31-i Dünya Azərbaycanlılarının həmrəyliyi  bayramına çevrildi. Həmin vaxt Naxçıvanda belə bir fərmanın imzalanması Heydər Əliyevin böyük siyasi uzaqgörənliyini bir daha sübuta yetirdi. O, Azərbaycan dövlətinin möhkəmlənməsi, milli suverenliyin saxlanması və qorunması naminə dünya azərbaycanlıları arasında milli həmrəyliyin və milli birliyin yaradılmasını başlıca amil hesab edirdi. Onun Naxçıvanda bu sahədə atdığı addım on gündən sonra – 1991-ci il dekabr ayının 26-da Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən bəyənildi və hər il dekabr ayının 31-ni bütün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi keçirmək barədə sərəncam verildi.
Dünya Azərbaycanlılarının həmrəyliyini daha da gücləndirmək və birliyini möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikasında həm dövlət, həm də ictimai təşkilatlar səviyyəsində işlər görülməyə başlandı. 1992-ci ildə Azərbaycanın Xarici Ölkələrdə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr, 522 nömrəli qərarı ilə “Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzi” adlandırıldı.   Mərkəz digər ölkə xalqları ilə Azərbaycan xalqı arasında dostluq və mədəni əlaqələrin inkişafına kömək edir, xaricdə yaşayan azərbaycanlılarla əlaqə saxlayır, onların müstəqil Azərbaycan dövlətinin ətrafında birliyinin möhkəmlənməsində mühüm işlər görürdü. Tədricən xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri və cəmiyyətləri ilə əlaqələr intensivləşməyə başladı. “Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzi”, “Vətən” və “Yurddaş” cəmiyyətlərinin, Azərbaycan Mədəniyyət Fondunun fəaliyyəti ilə yanaşı, Respublikamızın bir sıra əlaqədar təşkilatları da xarici ölkələrdə yaşayan soydaşlarımızla sıx əlaqələr yaratmağa başladılar.

(ardı var)

Zəminə Əsgərova,  
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see320

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see229

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see221

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see213

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see209

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see204

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see203

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see202

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see202

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see200

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see199

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see197

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see195

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see194

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see194

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see175

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see173

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see168

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri