Icma.az
close
up
RU
Birliyə əsaslanan böyük güc

Birliyə əsaslanan böyük güc

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşünün regional sülh və təhlükəsizlik məsələlərinə həsr olunması, təşkilatın dinamik və dəyişən geosiyasi reallıqlara uyğun fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Türk dövlətləri birləşərək yalnız öz milli maraqlarını deyil, həm də regional və qlobal təhlükəsizliyə töhfə verən ədalətli beynəlxalq münasibətlər modelini formalaşdırırlar. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən XII Zirvə Görüşü bu baxımdan tarixi hadisədir, çünki bu görüş Türk dünyasının gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının istiqamətini müəyyən edəcək. Onu da qeyd edək ki, Ölkəmizin bu təşkilatdakı rolu artıq sadəcə “üzv ölkə” anlayışını çoxdan aşıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən liderliyi ilə Azərbaycan Türk birliyinin lokomotivi, ideoloji və strateji xəttinin müəllifidir. Ölkə başçımızın “Bizim ailəmiz Türk dünyasıdır” fikri sadəcə bir bəyanat deyil, Azərbaycanın xarici siyasət fəlsəfəsini və milli kimliyinin beynəlxalq təzahürünü əks etdirir. Məhz ölkə başçımızın təşəbbüsləri nəticəsində TDT formal birlikdən çıxaraq dünya siyasətində hesablaşılacaq aktora çevrilib. Azərbaycanın ev sahibliyi etdiyi Zirvə təkcə diplomatik hadisə deyil, liderliyin və etimadın rəsmi təsdiqidir. Qırğızıstandan TDT sədrlik missiyasının Azərbaycana keçməsi bu inamın siyasi ifadəsidir.

Qeyd edək ki, Təşkilatın bu dəfəki mövzusu “Regional sülh və təhlükəsizlik” zamanın tələbidir. Türk dövlətləri yalnız iqtisadi müstəvidə deyil, təhlükəsizlik və müdafiə siyasətində də koordinasiyalı fəaliyyət istiqamətində irəliləyirlər. Gələcəkdə bu təşkilat çərçivəsində birgə hərbi təlimlər, kibertəhlükəsizlik əməkdaşlığı, müdafiə sənayesi sinerjisi kimi təşəbbüslərin reallaşması labüddür. Bu, yalnız Türk dünyasının müdafiə mexanizmi deyil, həm də regionda müstəqil təhlükəsizlik arxitekturasının qurulması istiqamətində tarixi addımdır.

Xüsusilə qeyd etmək lazımdır ki, TDT-nin iqtisadi potensialı da sürətlə genişlənir. Enerji, logistika, nəqliyyat, kənd təsərrüfatı və texnologiya kimi sahələrdə qarşılıqlı asılılıq, Türk iqtisadi məkanının vahid bazara çevrilməsi üçün zəmin yaradır. Xüsusilə Şimal–Cənub və Şərq - Qərb dəhlizlərinin kəsişdiyi Azərbaycan bu inteqrasiyanın nəqliyyat və enerji qovşağı kimi strateji mövqeyə malikdir. Azərbaycanın azad edilmiş ərazilərində qardaş ölkələrin iştirakı ilə icra edilən bərpa və quruculuq layihələri həm iqtisadi həmrəyliyin, həm də Türk dünyasının bir ailə kimi davranmasının real sübutudur. TDT-nin yalnız iqtisadi və siyasi deyil, həm də mədəni və ideoloji dayaqları güclənir. Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY və digər institutlar vasitəsilə türk mədəni kodları müasir dünyada qlobal brendə çevrilir. Bu, “yumşaq güc”ün ən effektiv formasıdır, çünki mədəni kimlik üzərində qurulan siyasi birlik daima dayanıqlı olur. Təşkilatın inkişaf xətti göstərir ki, bu birlik XXI əsrin Türk əsri olmasının əsasını qoyur. Bu təşkilat vahid strateji düşüncə, qarşılıqlı etimad və milli suverenliklərə hörmət əsasında formalaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi və siyasi vizyonu nəticəsində Azərbaycan, Türkiyə və Orta Asiya dövlətləri bu gün beynəlxalq münasibətlərdə ədalət və bərabərliyə əsaslanan yeni bir geosiyasi model yaradırlar. Dünya artıq görür ki, Türk dövlətləri birləşəndə onların səsi təkcə regionda deyil, qlobal səviyyədə də eşidilir. Bu, nə təkcə tarixi borcdur, nə də nostalji ideya, bu, bəşəri ədalət və sabitliyə yönəlmiş müasir siyasi reallıqdır.

Ən əsası, Türk Dövlətləri Təşkilatının uğurları bir daha sübut edir ki, milli kimliyə əsaslanan əməkdaşlıq qlobal dəyərlərlə ziddiyyət təşkil etmir, əksinə, onları daha ədalətli əsasda tamamlayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatı bu gün regional sabitliyin, iqtisadi inteqrasiyanın və mədəni həmrəyliyin əsas dayağına çevrilib. Türk Dövlətləri Təşkilatı dünənin, bu günün və gələcəyin təşkilatıdır, birliyə əsaslanan güc, ədalətə əsaslanan siyasət və mədəniyyətə əsaslanan kimlik modelidir.

Arif Kərimov,

YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon Təhsil Sektoru ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see330

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see313

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see281

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see261

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see241

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see238

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see235

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see233

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see232

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see225

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see219

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see217

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see216

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see199

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see194

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see190

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see189

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see185

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see185

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri