Birmarket dən alışlar 2 dəfə artıb, bu il 1 milyondan artıq sifariş həyata keçirilib
Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
"Təkcə bu il Birmarket tərəfdaşlarla birgə 1 milyondan artıq sifariş həyata keçirilib, ötən illə müqayisədə alışlar iki dəfə artıb, təkrar müştəri alışları isə hər ay böyüyür".
Marja xəbər verir ki, bunu Birmarket-in Baş İcraçı Direktoru Rauf Qulaməliyev bildirirb.

O qeyd edib ki, artıq Birmarket Bir ekosisteminin bir hissəsidir:
"Bu o deməkdir ki, tərəfdaşlarımız da bu sistemin iştirakçısıdır və onun imkanlarından yararlanırlar. Artıq Birmarket məhsul təklifləri 4 milyondan çox aktiv müştəri bazası olan Birbank tətbiqində yer alır. Alıcılar sərfəli şərtlərlə platforma üzərindən kredit əldə edirlər. Ödənişlər BirBonus proqramı ilə edilə bilir və müştərilər həm alışa görə, həm də ödənişdən bonus qazanır. Bütün bu imkanlar bizim tərəfdaşlarımız üçün qurulub”.
Rauf Qulaməliyev əlavə edib ki, Birmarket biz həm alıcılar, həm də satıcılar üçün yeniliklər edir:
"Yeni satıcı kabineti, hansı ki, satıcılara platformaya birbaşa qoşulmaq imkanı yaradır. Kabinetdə məhsul çeşidi və qiymətləri idarəetmə alətləri, təkmilləşdirilmiş müştəri yolu və ən vacibi gücləndirilmiş çatdırılma xidməti. Bütün bu görülən işlər artıq müsbət nəticələr verir. Birmarket-in bu gün 1 500-dən çox “gəl al” məntəqəsi var. Biz sözün əsl mənasında müştəriyə daha da yaxınlaşmışıq. Bu prosesdə təkcə platforma deyil, insanlarımızla da ticarətçinin yanındayıq”.
Qeyd edək ki, Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir Ekosistem "Birbank", "m10", "MilliÖn", "Birmarket", "BakıKart" və "Trendyol Azərbaycan" kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 03 Noyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















