Icma.az
close
up
RU
Birmarket zəmanət adı ilə alıcıları aldatdı

Birmarket zəmanət adı ilə alıcıları aldatdı

Azpost saytına istinadən Icma.az xəbər verir.

Bakılı vətəndaş Zöhrab Məsih “Birmarket” mağazasından aldığı məhsuldan narazı qalıb. AzPost bildirir ki, onun sözlərinə görə, 90 manata aldığı mexaniki qol saatı cəmi 15 gün işləyib, daha sonra isə sıradan çıxıb.

“Alarkən dedilər ki, 15 gün zəmanət var. Saat nə yerə düşüb, nə də zərbə alıb, sadəcə dayandı. Mən müraciət etdim, amma dedilər müddət keçib, ona görə bizlik deyil. Halbuki, normal qaydada mexaniki saat illərlə işləməlidir”, – şikayətçi bildirib.

Zöhrab Məsihin sözlərinə görə, o, həmin saatın eyni modelini sosial şəbəkələrdə, xüsusən “TikTok” platformasında 35 manata satışda görüb. “90 manata satdıqları məhsulu başqa yerdə 35 manata yalvararaq satırlar. Mənim işim düzələn deyil, sadəcə başqaları eyni oyuna düşməsin deyə yazıram”, – deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən, alıcıya satılan hər bir məhsulun keyfiyyətinə görə satıcı məsuliyyət daşıyır. Məhsulun təbii istifadə qaydalarında nasazlıq yaranarsa, satıcı və ya istehsalçı ən azı 6 ay müddətində zəmanət verməlidir.

Hüquqşünasların sözlərinə görə, bu cür hallarda alıcı məhkəməyə və ya İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər. Əgər məhsul istehlakçıya qüsurlu halda təqdim olunubsa, alıcı pulunun geri qaytarılmasını və ya başqa məhsulla əvəz edilməsini tələb etmək hüququna malikdir.

Ekspertlər vətəndaşlara tövsiyə edir ki, alış zamanı satıcıdan zəmanət barədə rəsmi sənəd tələb etsinlər və şikayət hallarında müvafiq qurumlara müraciət etməkdən çəkinməsinlər.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://azpost.info
archiveBu xəbər 22 Sentyabr 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see349

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see293

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see277

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see271

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see269

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see262

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see257

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see251

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see235

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see226

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see219

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see214

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see214

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see212

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see209

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see207

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see201

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see200

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see199

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri