Icma.az
close
up
RU
“Birmarket”dən alış veriş etmək RİSKLİDİR İstehlakçılardan şikayət üstünə ŞİKAYƏT

“Birmarket”dən alış veriş etmək RİSKLİDİR İstehlakçılardan şikayət üstünə ŞİKAYƏT

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Birmarket” (Umico) onlayn ticarət platformasından narazılıqlar artmaqdadır.
Belə ki, sosial şəbəkələrdə istehlakçılar hüquqlarının pozulması ilə bağlı paylaşım edir, üzləşdikləri problemləri ictimailəşdirirlər.
Bizim.Media xəbər verir ki, Azərbaycanın ən böyük marketpleysi olan Birmarketdən alıcıların əsas şikayəti keyfiyyətsiz, saxta məhsulların satışı və onların dəyişdirilməsi, qaytarılması ilə bağlıdır.
Alıcılardan biri paylaşımında Birmarketdən telefon aldığını, məhsul alınan gün problemli çıxdığını yazıb.
 

Onun sözlərinə görə, zəmanət olduğu üçün telefonu təmirə veriblər, lakin problemin sonradan yarandığını deyib, təmir etməkdən imtina ediblər. İstehlakçı telefonu təmir üçün geri istədikdə isə telefonu qaytarmayıblar. O, 3 həftədən çoxdur telefondan heç bir xəbər olmadığını qeyd edib.


Zöhrab Məsih adlı alıcı da keyfiyyətsiz məhsul satıldığından narazıdır. O, ödəniş edərək qol  saatı aldığını, lakin saatın cəmi 15 gün işlədiyini bildirib. Satışdan 15 gün keçdiyi üçün Birmarketdən heç bir kömək edə bilməyəcəklərini bildiriblər. İstehlakçı paylaşımda israrla sözügedən platformadan alış-veriş etməməyi tövsiyə edib.
Digər istehlakçı isə müştəri məlumatlarının qorunması ilə bağlı narahatlığını ifadə edib.
Onun sözlərinə görə, sifarişlə bağlı yaranan problemə görə platformanın əməkdaşı müştəridən telefon nömrəsini, SMS vasitəsi ilə əldə edilən dörd rəqəmli kodu istəyib və alıcının hesabına daxil olub.
“Mənə ödəniş metodu ilə bağlı sual verdiyi anda anladım ki, texniki problemi həll etmək əvəzinə (mən artıq video və şəkil sübutları təqdim etmişdim), o mənim adıma hesabıma daxil oldu.
Bu tamamilə qəbuledilməz və təhlükəlidir, çünki hesabımda olan bütün məlumatlara çıxışı oldu.
Mən bunu soruşanda, əməkdaş hətta hesabıma daxil olduğunu rahatlıqla təsdiqlədi. Mən dərhal ondan hesabımdan çıxmasını istədim və izah etdim ki, bu təcrübə məlumatların qorunması və müştəri etimadı prinsiplərini pozur.
Demək ki, mənə xəbər verilmədən əslində bu kod şəxsi hesabıma daxil olmaq üçün istifadə olunmuşdu.
Müştərilər olaraq, biz həssas məlumatlarımızı onlayn platformalara etibar edirik və onlardan şəffaflıq, təhlükəsizlik və məxfilik gözləyirik. Müştərilərdən telefonla hesablarına daxil olmaq üçün təsdiq kodlarını paylaşmalarını tələb etmək böyük risklər yaradır, xüsusən də kart saxtakarlığı artdığı bir dövrdə. Heç bir platforma belə bir təcrübəni tələb etməməlidir və heç bir müştəri hesabına giriş verməyə məcbur edilməməlidir”- deyə müştəri şikayətində qeyd edib.
Müştərilərdən biri isə sentybarın 10-u qulaqlıq aldığını, qulaqlığın sol tərəfi işləmədiyi üçün ayın 11-i məhsulu geri vermək məqsədilə Birmarket məntəqəsinə təhvil verdiyini deyib. O, 25 gündən artıqdır məhsul haqqında heç bir məlumat ala bilmədiyini qeyd edib.
Daha sonra saxta ətir, işləməyən kondisioner, nasaz notbuk və digər əşyalarla bağlı da çoxsaylı şikayətlər mövcuddur.
Şikayətlər arasında məhsulun geri qaytarılmasında yaranan problemlər, təmir məsələsi və pulun müştəriyə qaytarılması daha çox yer alır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Oktyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see186

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see185

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see185

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see180

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see174

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see146

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see144

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see133

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri