Birmingemlilərin Barselona lı ulduza ödəmək istədiyi məbləğ bilindi
Icma.az, Fanat portalına istinadən məlumat verir.
İngiltərənin "Aston Villa" klubu "Barselona"nın hücumçusu Ferran Torreslə ciddi maraqlanır.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi artıq təkliflər paketini hazırlayıb.
Məlumatı "El Nacional" yayıb. Mənbənin məlumatına görə, birmingemlilər Hans-Diter Flikin komandasında daimi start heyətinə düşməyən 25 yaşlı futbolçu üçün "Barselona"ya 50 milyon avro təklif etməyə hazırdır.
"Transfermarkt" Ferran Torresin dəyərini 28 milyon avro qiymətləndirir.
Forvard bu mövsümdə kataloniyalıların heyətində 36 matça çıxaraq 16 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun "Barselona" ilə hazırki müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Aktivində 51 xal olan “Aston Villa” hazırda Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 07 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















