Birol Akgün: Qardaşlığımızı gücləndirməyə davam edəcəyik
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bu gün, 33 il əvvəl, 26 fevral 1992-ci ildə Qarabağın Xocalı şəhərində baş vermiş faciənin ildönümündə Türkiyə Cümhuriyyətinin Bakı nümayəndələri olaraq Azərbaycan xalqı ilə birlikdəyik. Biz abidə qarşısında Xocalı şəhidlərini anmağa gəldik".
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, həmin gün yaşananlar, erməni silahlı qüvvələri tərəfindən 613 günahsız və dinc insanın qətlə yetirilməsi ilə nəticələnib:
"Bu faciə hələ də ürəyimizi sızıldadır. O gün bir çox Azərbaycan vətəndaşı itkin düşdü və bu hadisə insanlıq adına silinməz bir ləkə kimi tarixə yazıldı.
Biz burada Azərbaycan haqqında həqiqətləri paylaşmağa və bu faciəni unutdurmamağa davam edirik. O gün şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirik və Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bu cür faciələrin bir daha yaşanmaması üçün Türkiyə və Azərbaycan daim birlikdə olmağa və qardaşlığımızı gücləndirməyə davam edəcəkdir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 26 Fevral 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















